logo beyaz
Blog - Qəmli sevgi hekayesi
Blog | _LoVE_PiNK_ | Qəmli sevgi hekayesi
Gənc bir qız ağır bir xəstəliyin pəncəsində son günlərini yaşayırdı. Yaralı qəlbi artıq bu dünyada dözə bilmirdi. Qızın çox varlı olan ailəsi bütün qəzetlərə qızın qəlbin sağaldacaq adamı tapmaq üçün elan vermişdi. Qızı üçün canını qurban verəcək birini axtarırdılar. Çünki qızın ürəyini dəyişdirmək lazım idi. Gənc qızın xəstəxana otağında həyatı günü-gündən solurdu. Yenə xəstəxana otağında yalnız idi. Gözü yaşlı, boynu bükük ölümü gözləyirdi. Gözlərini bağlayıb bu kiçik otaqda yalnız göz yaşı tökməkdən yorulmuşdu. Yenə də əngəl ola bilmədi bulaq kimi çağlayan gözlərinə. Sevgilisi düşdü yadına, kasıb amma onu ölüncə sevən sevgilisi. Hər gün eyni şeyləri fikirləşib, keçmiş xatirələri bir film kimi gözlərinin önünə gətirirdi. "Pulum yoxdur amma sənə verə biləcəyim sevgi dolu bir qəlbim var" demişdi sevdiyi oğlan. Gənc qızda başqa bir şey istəmirdi. Sevgiyə möhtac olan biri, sevdiyinin sevgisindən başqa nə istiyə bilərdiki. Amma olmamışdı, dünyalar qədər bir-birilərini sevən sevgililərin arasına pul, var dövlət girib onları ayıra bilmişdi. Amma indi var dövlətin keçmədiyi bir vaxt gəlmişdi. Nə mənası vardı artıq??? Bu son günlərində, sevdiyi oğlan yanında olsaydı heç bu qədər ağlamazdı. Ayrıldıqları gündən indiyə qədər 5 il keçmişdi. Amma hər gün həsrət çəkmiş ürəyini kimsəylə bölməmişdi. Elə həmin vaxt sevdiyini fikirləşdi. Görəsən nələr etmişdi bu il müddətində sevdiyi oğlan... Kim bilir bəlkə də evlənmişdir. Gözlərindən bir damla yaş daha damladı qurumuş dodaqlarına. Əllərinə baxdı. Bir zamanlar əllərinin, sevdiyinin əllərini tutduğunu xəyal edib hər gün saatlarca əllərinə baxardı. Ən çox saçlarının tökülməyi onu ağladırdı. Çünki bir zamanlar o saçları sevdiyi oğlan öpmüşdü. Hər gün gözlərindən bir damla yaş axanda qəlbinə sanki bir ox batırdı. Qəlbi yenə sızlamağa başladı. Bəlkə sevdiyi yanında olsaydı qəlbi bu qədər yorulub, əlvida deməzdi həyata. Qız artıq ölümdən qorxmurdu. Sevdiyindən ayrı yaşamağın ölümdən nə fərqi var idi ki, təkrar yenə sevdiyi düşdü yadına. Kaş yanımda olsa dedi gənc qız. Gözlərini son dəfə öpsə, rahatca əbədi olaraq
1 2 3 4 >
« Əvvəlki (4582 - 8033) Növbəti »
Yaradıldı: 17 Fevral 2017 Saat 11:09
Reytinq: 16
[ 3] [ 0]
Şərhlər
1 2 >
Blog | _LoVE_PiNK_ | Qəmli sevgi hekayesi
Ana Sehife
Saytda: 16 & 81 Qaydalar
comp WEB Versiya