logo beyaz
Blog - Sevgillilere
Blog | | Sevgillilere
Tax qulaqcığı, düş şəhərin canına, sübh tezdən, ya piyada ya velosipedlə ya da rolik filan. Üzündən gülüş əksik olmasın, ilk şərt. Həm günəşin doğuşunu izləyərsən, həm az sonra oyanan, işə tələsən insanların propkasında daha da artan tüstüdən xilas olarsan, az da olsa təmiz hava almış olarsan. Ola bilər kimsə sizə piyada keçidində yol verməz, heç əsəbləşmə, səbrli ol, mahnının nəqarətini dinlə. Ona qədər sənə svetaforun yaşılı yanar, rahat-rahat keçərsən. Get dənizə, yoldaşlıq edər akkordlara dalğalar, qağayılar. Ola bilər kimsə sevgilisi ilə gələr günəşi izləməyə, heç üzülmə, mahnılar səninlə. Adətkar olmuşuq ayrılıqlara, o cütlük ayrılar, amma sən ayrılmaq istəməyincə ayrılmaz mahnılar səndən, günəş səndən. Evə qayıdarkən məqsəd qoy qarşına, günah işləməyəcəksən, ancaq yaxşılıq edəcəksən. Yolu keçmək istəyən yaşlıya, əngəlliyə, uşaqlara kömək edəcəksən. Sahibləndiyin acılar qədər Xoşbəxtlik borclusan özünə. Gəzdirdiyin yüklər qədər Azadlıq, üstündən keçdiyin sevgilər qədər, Məhəbbət. Bu dünya da bir tək özünə Sevgi borclusan, başqa heç kimə deyil. Sevgilərlə.
« Əvvəlki (4609 - 8033) Növbəti »
Yaradıldı: 9 Fevral 2017 Saat 20:58
Reytinq: 20
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | | Sevgillilere
Ana Sehife
Saytda: 19 & 63 Qaydalar
comp WEB Versiya