logo beyaz
Blog - Bir cox adamligdan kenarlar anla
Blog | _KaYiP_PrEnSeS_ | Bir cox adamligdan kenarlar anla
Son vaxtlar maraqlı bir məqamla rastlaşıram. İnsanlar adətən psixoloji yardım almaq üçün psixoloqa müraciət etdiyi halda, bəziləri ödəniş edərək qəbula gəlir və psixoloqdan mən sadəcə danışıb ürəyimi boşaldım, dərdimi bölüşüm, siz isə məni sonadək dinləyin, yalnız dinləyin deyə xahiş edir.. Yəni, onların psixoloji yardıma yox, dinlənilməyə ehtiyacı olur. Buna səbəb nədir?
Çöldə gedərkən insanların mimikalarına fikir verin: aqressiv pessimist əsəbi stressli qayğılı həyəcanlı özünəqapalı fikirli tələskən simalar görəcəksiniz. Hamı beynində problemlərinin hesabatını aparır öz-özünə ürəyində danışır. Başımıza hər hansı bir iş gəldikdə və ya sıxıntımız olduqda onu kimləsə bölüşməyə ehtiyac duyuruq. Valideynlə bölüşürük lazımından artıq narahat olduğunu ürəyinə saldığını görüb dediyimizə peşman oluruq. Övladımızla bölüşürük övlad isə qaçaqaçla qulaq asaraq hər zamanki kimi harasa tələsir. Bacı-qardaşla bölüşürük, onlar isə mən səndən də betərəm məsələni bu qədər şişirtmə deyir. Dostlarla bölüşürük, boşver deyib dostluq borcunu yerinə yetirir. Həyat yoldaşımızla bölüşürük mənə dəstək olacaq insan mənə ancaq problemlərdən danışır düşünür. İş yoldaşımızla bölüşürük, işdəki statusumuza şübhə ilə yanaşmağa başlayır. Özgə insanla bölüşürük səhəri gün zəif tərəflərimizi bizə qarşı istifadə edən düşmənə çevrilir (təbii ki, yuxarıda qeyd olunanlar hamıya şamil olunmur). Ətrafındakıların laqeydliyini görən insan hamını öz problemlərilə bezdirdiyini düşünür və artıq heçkimlə heçnə bölüşmür.Nəcəsən? sualına hər zaman yaxşıyam cavabını verir yaxşı olmasa belə.. Özünəqapanır və daxilən yalnız özü ilə dərdləşir.
Lakin mənfi fikirlər söhbət vasitəsilə dilimizdən çıxdıqda yüngülləşirik, problemin ağır enerjisindən nisbətən azad oluruq. Dinlənilməyən insan hərşeyi içinə atır. Müəyyən müddətdən sonra onda bir sıra xəstəliklər baş qaldırır və mən niyə xəstələndim? deyə düşünür. Bizim mənəvi sağlamlığımız fiziki sağlamlığımızın təməlidir. Doğma və əzizlərimizə az da olsa vaxt ayıraq, onları sadəcə dinləyək.. Çünki hər adam bunun üçün psixoloqa müraciət edə bilmir. Dinləmək çoxmu çətindir?
« Əvvəlki (4655 - 8032) Növbəti »
Yaradıldı: 26 Yanvar 2017 Saat 23:58
Reytinq: 14
[ 2] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | _KaYiP_PrEnSeS_ | Bir cox adamligdan kenarlar anla
Ana Sehife
Saytda: 4 & 190 Qaydalar
comp WEB Versiya