logo beyaz
Blog - _______
Blog | _KaYiP_PrEnSeS_ | _______
~~~~~~~~
Adam sevirdi. Göz bəbəklərinin için qədər. Qadınsa kirpiklərinə aşiq idi adamın. Yan-yana gəldikdə heç danışmazdılar. Susub bur-birlərinin gözlərinə bacardılar saatlarca. Gözləri danışardı. Gözləri söylərdi bir-birlərini necə sevdiklərini. Qadın hər yalnışında daha çox sevirdi qadını. Daha çox bağlanırdı. Daha çox yanında olurdu. Qüsursuz olmasını sevirdi. Hər dağıldığında toplayışını sevirdi. Qadınsa adamı toplamağı sevirdi. Dedim ya yalnışlarıyla birgə sevirdi. Düzəldərək sevirdi. Onu dəyişmirdi. Çünki olduğu kimi sevirdi adamı. Çünki sevmək üçün ürək lazım. Bir də gözlər doyunca sevdiyinə baxmaq üçün. Bir də əllər sevdiyinə toxunmaq, onu hiss etmək, saçlarını oxşamaq üçün. Qoxlamaq lazım gül qoxan saçlarını, hər dəfəsində səni səndən alan qoxusunu. Bir də qollar lazım, qucaq lazım. Onu qucaqlamaq üçün. Hər başı dərddə olduqda onu bərk qucaqlayıb "Mən yanındayam" demək lazım. Çiyin lazım başını yaslamaq üçün. Dərdi olduqda başını çiyninə qoyub danışmaq üçün. Bir də dodaqlar lazım. Onu sevdiyini dəfələrcə söyləmək üçün. Adam da eynən belə edirdi. Həm çox sevər; həm qoruyar; həm də dərdini dinlərdi. Onlar təkcə bir-birinə aşiq iki sevgili yox həm də sirdaş idilər. Bir-birlərinə həmişə arxa dayaq duran, dərdlərini bir-birləriylə bölüşən həm dost, həm də iki aşiq...
« Əvvəlki (4676 - 8033) Növbəti »
Yaradıldı: 20 Yanvar 2017 Saat 19:30
Reytinq: 3
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | _KaYiP_PrEnSeS_ | _______
Ana Sehife
Saytda: 21 & 97 Qaydalar
comp WEB Versiya