logo beyaz
Blog - _________
Blog | _KaYiP_PrEnSeS_ | _________
Həə. Bu gecə də yadıma düşdün. Əslində heç çıxmırsan ağlımdan. Hər gecə yadıma düşürsən. Hər səhər,hər saat,hər saniyə...Bu gecə bir fərqli düşdün qara gözlüm. Gözlərin gəldi gözlərimin önünə. Baxışın...Gülüşün...Sən mənim üçün o qədər fərqlisən ki...Səni ağlıma qazımışam; gülüşünü, gözlərini,mənə baxışını hər şeyini ağlıma qazımışam. Ürəyimə də qazımışam. Adını...Bəsdi deyirəm. Hər gün hər gün deyirəm. Bəsdi bu qədər onu fikirləşdin,bu qədər özüvü yordun incitdin. Bəsdi. Qalx ayağa. Savaş ayaqda qal. Sonra ayağa qalxdım. Güzgünün önünə keçdim. Özümə nəzər saldım. Saçlarım dağılmış,gözlərim qızarmış və şişmişdi. Gözlərimi biraz daha aşağı endirdim. Biləklərim...Kəsik-kəsik.Bəziləri sağalmışdı bəziləri sarıqlı idi. Amma qəlbim belə deyildi. Yara içində idi. Hər səni yadıma salanda,gözlərin yadıma düşəndə açıq yarama duz basırlar. Bir zamanlar necə də baxımlı idim. Hər zaman səliqəli olmuşdum. İndi...Hıh gülürəm güzgüdə özümə baxıb. Mən bu hallara nə zaman qaldım...Nə zaman bu qədər zəif və gücsüz oldum. Ayağa qalxacaqdım. Qalxmalıydım. Xəyallarım var mənim. Gerçəkləşdirməliyəm. Heç olmasa onlar oldu deyə bilim. Hə hə qalxacam ayağa. Bəlkə bugün yox,sabah yox. Amma bir gün qalxacam. Və güzgünün önündən çəkildim. Otağımın işıqlarını söndürdüm. Qaranlıq otağımda pəncərəyə tərəf yaxınlaşdım. Ulduzlara baxdım. Ulduzları çox sevirəm. Səmanı da. Rahatlıyıram. Stoluma oturdum. Yarımçıq qoyduğum günlüyümü tamamladım. Bağlayıb yerinə qoydum. Stolumun üstündəki işığı da söndürdüm. Qaranlıq otağımda yatağıma doğru irəlilədim. Yatağıma çatana qədər o qədər şey fikirləşirəm ki, bəzən bu qədər tezliklə bu qədər şeyi necə düşündüm deyə öz-özümə sual verirəm. Ehh. Hər gün eyni şeydi onsuz. Hər gün bu qədər şey fikirləşirəm sanki ilk dəfədi. Yuxum gəlirdi artıq. Bilirdim yenə yuxumda onu görəcəm. Ona görə də gözlərimi tez qapadım. Hər gecə onu görərdim yuxumda. Bir-birimizə sarılaraq oturardıq heç ayrılmazdıq. Yuxumda...Yuxularımda... ehh nəysə..artıq yuxuya gedirəm...xoşgəldin yuxuma qara gözlü sevdiyim...#Nana
P.S: Axşamınız xeyir əziz userlər. Necəsiz? Gününüz necə keçdi? Mənim üçün əla idi. Xoş xəbər aldım. Sonu baş ağrısıyla sonlansa da gözəl idi)♥
« Əvvəlki (4681 - 8033) Növbəti »
Yaradıldı: 20 Yanvar 2017 Saat 19:21
Reytinq: 4
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | _KaYiP_PrEnSeS_ | _________
Ana Sehife
Saytda: 7 & 208 Qaydalar
comp WEB Versiya