logo beyaz
Blog - ____
Blog | _KaYiP_PrEnSeS_ | ____
SON MƏKTUB...
Bəzi şeylərdən ayrılmaq çətindi. Eləcə də nəzi insanlardan. Tanımırsan. Üzünü belə görməmisən. Amma sənə o qədər yaxındılar ki..Hər zaman yanında olurlar. Yanımızda olanlar belə bizi bu qədər düşünmürlər bəzən. Səbəb? Səbəb bir-birmizi başa düşməyimizdi. Səbəb eyni hisləri paylaşmağımızdı. Bir-birimizə dəstək olmağımızdı. Bu haqda çox şey yazmaq olar. Amma başınızı şişirmiyim. Bugün burda son günümdü. Mənim üçün ayrılmaq çox amma çox çətindi. Bu səhifə mənə bir çox şey bağışladı...Əvvəlki həyat sevincimi,bir neçə dost,yaxınlar. Hər şey. Say say bitməz. Bir yaxınım demişkən^^ "səhifə bizim gündəliyimiz kimidi" doğru. Çünki hiss etdiklərini paylaşmaq və sənə dəstək olunması bunlar möhtəşəm şeylərdi. Ola bilər yazılarım hamı tərəfindən sevilmir. Ola bilsin ki, heç sevilmir. Olsun. Mənə yenə də xoş idi. 3-5 adama da kömək ola bilmişəmsə, onların da hiss etdiklərini yaza bilmişəmsə nə xoş mənə)). Birdəfəlik getmirəm. Gedə də bilmərəm. Aradabir burda olacam^^ axşama qədər burdayam)) görək son gündə başımıza nələr gəlir) məni və səhifəmi ümidvaram ki unutmazsınız)) sevgilərlə
« Əvvəlki (4681 - 8032) Növbəti »
Yaradıldı: 20 Yanvar 2017 Saat 19:18
Reytinq: 2
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | _KaYiP_PrEnSeS_ | ____
Ana Sehife
Saytda: 19 & 122 Qaydalar
comp WEB Versiya