logo beyaz
Blog - heyat sen ne qeribesen
Blog | | heyat sen ne qeribesen
Xalqını incidən şərəfsizləri
Rüşvətə alışan əyri əlləri Millətin varını
sümürənləri
Niyə yaşadırsan-niyə İlahi ?
Yazılan məktuba cavab
verməyən
Haqlının-haqqını örtüb gizləyən
Xalqın dərdlərinə məhəl
verməyən
Boynuyoğunları neynirdin
İlahi ?
Fəhlənin təriylə heykəl
ucaldan
Yetimlər haqqıyla fişəng
partladan
Qəpik-quruş verib - qoca
aldadan Yezid tayfasını neynirdim
İlahi ?
Massonun əlinə verdin
ixtiyar
Onlardan üstündür bostanda xiyar
Lazımsız alaq tək hər gün
artırlar
Bu qanqal kolunu qurut İlahi !
Şairin ilhamı kəlləmayallaq Şairlər yaşayır səfillər
sayaq
Yazıb-yaratmağa olmadı
dayaq
Kapitalist qruluşu neynirdim
İlahi ?
İrtica əlində istismardayıq
Xarici bəzəkli zindanlardayıq
Ümidi olmayan sabahlardayıq
Zalımı neftində batır İlahi !
Külçəylə qızıllar banklara axır
Gənclər ev alanmır-ailələr
batır
Villalar gördükcə müəllimlər
çaşır
Həyatda ədalət bumu İlahi ?
Bu aydan-o aya çatmır
pensiya
Hər yanda-hər yerdə bu
korrupsiya
Siyasi hiylələr-maxinasiya Niyə göz yumursan
buna
İlahi ?
Qansız məmurlara gücün
çatmırmı ?
Kələklər-yalanlar sənə çatmırmı ?
Şərə dur deməyə ərkin
çatmırmı ?
Sənə güvənməyim boşmu
İlahi ?
« Əvvəlki (7757 - 8032) Növbəti »
Yaradıldı: 16 May 2014 Saat 17:33
Reytinq: 33
[ 1] [ 1]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | | heyat sen ne qeribesen
Ana Sehife
Saytda: 8 & 237 Qaydalar
comp WEB Versiya