logo beyaz
Blog - Sevsəydin məni
Blog | _SeNSiZ_MeN_ | Sevsəydin məni
Sən bir kəz sevirəm desəydin mənə,
Hər yerdə səsini soraqlamazdım.
Adını bir kimsə çəkdiyi yerdə,
Kənara çəkilib hey ağlamazdım.
Sən bir kəz üzümə gülsəydin əgər
Niyə gizlədərdim təbəssümümü?
Hər gülən dodaqda səni axtarıb
Niyə itirərdim sənsiz özümü?
Bəlkə o zamanlar sevsəydin məni
Sevginin varlığın danmazdım belə.
Sevdiyin insan da sevsəydi səni
İnan mən bu qədər yanmazdım belə.
Sən kaş ki, əcəlim olardın mənim,
Mənə qardaş deyib dostum olmazdın.
Necə ki, eşqimə uzaq dururdun,
Elə özümə də yaxın qalmazdın!
« Əvvəlki (4726 - 8033) Növbəti »
Yaradıldı: 28 Dekabr 2016 Saat 21:54
Reytinq: 13
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | _SeNSiZ_MeN_ | Sevsəydin məni
Ana Sehife
Saytda: 11 & 113 Qaydalar
comp WEB Versiya