logo beyaz
Blog - ANaNiN QeDrini BiL
Blog | KOBUD_CENAB | ANaNiN QeDrini BiL
Cavan oğlan gül dükanına daxil olub
anası üçün böyük bir gül dəstəsi
sifariş etdi. Anası başqa şəhərdə
yaşadığı üçün gül dəstəsini onun
yaşadığı ünvana yollamalarını rica
etdi.Dükandan xaric olduqda
kənarda əyləşib ağlayan bir qız
uşağını gördü və ona yaxınlaşıb
soruşdu:
Qızcığaz, niyə ağlayırsan, nəsə baş
verib?!Qız gözünün yaşını silərək
cavab verdi:
Anam üçün bir dənə gül almaq
istəyirdim, lakin pulum
çatmır.Oğlan gülümsədi və qızın
əlindən tutub Gəl mənimlə, sənə
böyük bir gül dəstəsi hazırladacam.
Aparıb verərsən anana. deyib gül
dükanına daxil oldular.Qızın əlində
yekə bir gül dəstəsi, üzündə
təbəssüm, gözləri sevincdən
parıldayan halda dükandan xaric
oldu. Oğlan balaca, istəyirsən, səni
gedəcəyin yerə qədər aparım. Qız
xeyir, əmi, təşk edirəm. Özüm
gedərəm, anamın qəbri yaxınlıqdakı
qəbristanlıqdadır. Sizə də
minnətdaram, zəhmət
çəkdiniz.Oğlanı qəhər boğdu və
qıza heçnə deyə bilmədi....Qayıdıb
gül dükanına girdi və hazırlatdığı gül
dəstəsini götürüb maşınına əyləşdi
və gül dəstəsini şəxsən anasına
təqdim etmək üçün yola düşdü.Bəli,
əzizlər əlimizdə və yanımızda
olanların qədrini zamanında bilək.
Xüsusilə də bizə ömrünü həsr etmiş,
canlndan can verən analarımızın.
Sonra gec olacaq.Şekspir deyir: Mən
öləndən sonra tabutun başına
gətirəcəyin böyük əklil əvəzinə
mənə sağ ikən, elə indicə bir ədəd
gül gətir.Gəlin valideynlərimizin,
sağ olanlarına bərəkətli ömür,
dünyasın dəyişənlərə rəhmət, xəstə
olanlara şəfa, çətinliyi olanlara
asanlıq, qəriblikdə olanlara
qovuşmaq, qəlbi Allah istəyi ilə dolu
olanlara hidayət diləyi ilə hər birini
yad edək!
« Əvvəlki (4860 - 8032) Növbəti »
Yaradıldı: 27 Noyabr 2016 Saat 17:48
Reytinq: 13
[ 2] [ 0]
Şərhlər
Blog | KOBUD_CENAB | ANaNiN QeDrini BiL
Ana Sehife
Saytda: 27 & 207 Qaydalar
comp WEB Versiya