logo beyaz
Blog - QebiR Ferqi
Blog | KOBUD_CENAB | QebiR Ferqi
Şəriətimizdə qadınla kişinin
qəbrinin dərinliyi arasında fərq
nəzərdə tutulmayıb. Bu, şəriətə
deyil, ürfə (adət-ənənəyə)
əsaslanan bir məsələdir.
İslam.az bildirir ki, qadın kişidən
fərqli olaraq naməhrəmlərin
gözündən ciddi şəkildə
qorunmalıdır. Qadının demək olar ki
bütün bədəni, hətta bədən cizgiləri
naməhrəmdən örtülməlidir.
Zənnimizsə, qadının qəbrinin dərin
qazılmasının əsas səbəblərindən biri
dəfn zamanı qəbrin ətrafında olan
kişilərin cənazəni görə bilmələrinə
mane olmaqdır. Qəbr dərin qazılanda
dəfn və təlqin zamanı ətrafda duran
adamların cənazəni görməsi
çətinləşir. Həmçinin, hər hansı təbii
hadisə (məsələn, zəlzələ və ya sel)
baş versə, qəbrin dərinliyi onun
uçulmasına və cənazənin üzə
çıxmasına mane ola bilər.
« Əvvəlki (4976 - 8032) Növbəti »
Yaradıldı: 31 Oktyabr 2016 Saat 00:30
Reytinq: 13
[ 1] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | KOBUD_CENAB | QebiR Ferqi
Ana Sehife
Saytda: 16 & 154 Qaydalar
comp WEB Versiya