logo beyaz
Blog - baba Punhan
Blog | седой | baba Punhan
No... olub ala?! Qatmısan sən gənə də malı-mala – no...olub ala? Qazıyırsan ayağım altda çala – no...olub ala? Bağı verdim, öyü verdim ki, sənə əl çəkəsən, Qoymadın heç mənə bir metrə qala – no...olub ala? Dövri-zastoyda sən idin, demə, bar-bar bağıran, Bir qoyundan azı beş-altı bala – no...olub ala? Arvadın orda əsirlikdə qalıb ermənidə, Gətirirsən evinə gündə «Xala» – no...olub ala? Görmədim bir elə yas, süfrədə ehsan, mey ola, Az qalıb toyda durub zurna çala – no...olub ala? Neçə ildir ki, imarətlə ticarətdir işin, Getmisən sən qabağa, mən də dala – no...olub ala? Gah məni, gah özünü, gah onu tərifləmisən, Vurmusan gahi mıxa, gahi nala – no...olub ala? Bir kiçik daxma belə tikməyə yoxdur gümanım, Çəkmisən hər yana importnu mala – no...olub ala? Nə əcəb «Qız qalası»ndan xəbərin yoxdu sənin, Al onu, sal adına, qoyma qala – no...olub ala? Pünhanın kəs dilini, çək bazara, as divara, Gedəcək yaxşı pula, baxsa mala – no...olub ala?
« Əvvəlki (5142 - 8034) Növbəti »
Yaradıldı: 4 Sentyabr 2016 Saat 21:22
Reytinq: 12
[ 2] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | седой | baba Punhan
Ana Sehife
Saytda: 11 & 260 Qaydalar
comp WEB Versiya