logo beyaz
Blog - Allah YolunDa
Blog | KOBUD_CENAB | Allah YolunDa
Yoxsul kişi qarpız satan şəxsin
yanına gəlib dedi:
- Allah rizasına görə mənə bir qarpız
verin, yoxsulam, heç nəyim yoxdur.
Satıcı qarpızların içərisində ən pisini
seçib, yoxsul kişiyə verdi. Yoxsul
adam gördü ki, bu qarpız yeməli
deyil. Ona görə də ciblərini
eşələyib, bir neçə qəpik-quruş tapıb
satıcıya verdi və "bu pulla mənə
münasib bir qarpız verin", dedi.
Satıcı yaxşı bir qarpız seçib ona
verdi.
Bunu müşahidə edən yoxsul kişi
əllərində tutduğu hər iki qarpızı
göyə qaldırıb dedi:
- Allahım, bir bəndələrinə bax! Xarab
qarpızı sənə görə, yaxşı qarpızı isə
pula görə verdi.
Əziz dostlar, həmişə diqqətli
olmalıyıq. Allaha görə gördüyümüz
işləri ən yaxşı formada
etməliyik.Yaxşıların ən yaxşısı olan
Allah ən yaxşı işlərə də layiqdir
« Əvvəlki (5206 - 8032) Növbəti »
Yaradıldı: 3 Avqust 2016 Saat 16:37
Reytinq: 12
[ 1] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | KOBUD_CENAB | Allah YolunDa
Ana Sehife
Saytda: 16 & 158 Qaydalar
comp WEB Versiya