logo beyaz
Blog - Burce Aid
Blog | KOBUD_CENAB | Burce Aid
Ən xəyanətkar bürc oxatanlardır.
Bu bürc xəyanət etməsi bir yana,
həm də xəyanətə uğrayan
qadından onu olduğu kimi
qəbul etməyi tələb edir.
Əməllərini qətiyyən gizlətmir,
hətta bu əməlləri kişinin
yaraşığı hesab edir. Üstəlik
düşünür ki, Tanrı bütün gözəlləri
onun üçün yaradıb və hamısının
da "dad”ına baxmaq lazımdır.
İkincilik dolçalarındır. Bu bürc
həm də özündənrazıdır. "Belə
də olmalıdır” düşüncəsi dolçalar
üçün də yad deyil. Xəyanət
etmək üçün birlikdə olduqları
qadının üzündə çıxan kiçik
sızanaq bəhanəsi kifayət edər.
Qüsursuz qadın axtarışı yolunda
həyatlarını qurban verərlər.
Oğlaq kişilər də xəyanətə
gündəlik tələbat kimi baxırlar.
Dərin dekolte, qısa ətək, qırmızı
dodaq onları ən mötəbər vəzifə
kürsüsündən belə imtina etdirə
bilər. Qadın gözəlliyi bu bürcdən
olan kişiləri kölgə kimi
sürünməyə vadar edir.
Tərəzilər balansı cismani
sevgidə nisbətən qoruyan
olurlar. Gözəlliyə yad deyillər,
amma hər gözəlin də yatağına
atılmazlar. Ölçüb-biçmək bu
bürcün anadangəlmə cəhətidir.
Xəyanət hədəfi olan qadını
tanımadan onu yaxına
buraxmaz. Ehtiyatı əldən
verməyən igidlərdir.
Əqrəblər diqqət mərkəzində
olmağı sevirlər, ehtiraslı
kişilərdir. Onları bir qadın qane
etmir. Amma əqrəblərdən çox
da narahat olmağa dəyməz. Hər
halda "aranı-turanı gəzib” yenə
də evə qayıdacaqlar.
Tərəzi kişilər seksual intriqaları
sevirlər. Amma ailəni riskə
atmazlar. Onlar bir ömür boyu
məhəbət üçbucağını – həyat
yoldaşından əlavə məşuqəni də
rahat yola verə bilərlər, heç
şeytanın da bu ilişkidən xəbəri
olmaz.
Balıq kişilər təbiətcə
"sürüşkən”dirlər. Neynəsinlər,
belə yaranıblar. Amma onlara
uyğun "akvarium” tapıldımı, elə
onunla da kifayətlənə bilərlər.
Odur ki, "balığ”ı olan qadınlar
torlarını hazır etsinlər ki, yad su
hövzələrinə üzüb keçmənin
qarşısını ala bilsinlər.
Qoçlar çılğın və ehtiraslı olsalar
da məhəbbətlərini hər qadına
yönəltməzlər. Təbii ki,
həyatlarının sevgisini tapana
qədər çox var-gəl edəcəklər.
Amma o "bir dənə” tapıldımı,
onun sevgisi, maddi rahatlığı
üçün o qədər dəridən-qabıqdan
çıxacaqlar ki, xəyanət yada
düşməyəcək.
Buğalar gözəlliyi
qiymətləndirən olurlar. Sözün
maddi mənasında! Qazancının
müəyyən hissəsini hansısa
gözələ müvəqqəti xərcləyə
bilər. Amma bu, daimi olmaz.
Ailə mühiti onlar üçün çox
önəmlidir.
Əkizlər çox ünsiyyətcildirlər.
Xüsusən də əks cinslə. Xeyli
qadın rəfiqələri ola bilər. Amma
ikili təbiətləri "eşq-məşq”
məsələsində tərəddüd
etiyindən, hələm-hələm
rəfiqələri sevgiliyə çevirməyə
cəsarətləri çatmır. Amma çatdığı
məqamlar da az olmur.
Xərçəng kişilər cismani
məhəbbətdən çox, mənəvi
duyğulara önəm verirlər.
Ümumilikdə xəyanətkar
deyillər. Onların həyat yoldaşları
rahat nəfəs ala bilərlər. Amma
çox da rahatlanmasınlar.
Xərçəng kişi kənarda aşiq
olduğu qadından ötrü
övladlarından da vaz keçə bilər.
Şirlər təbiətcə özlərinə vurğun
və tirandırlar. Onlar yaxşı bilirlər
ki, hər "ceyran”, "dovşan” belə
tiranlığa dözə bilməz. Odur ki,
gözəl heyvancığazları
müvəqqəti dişlərinə çəkərlər.
"Dişi aslan” peyda olanda bir
ömür xoşbəxt sevgini üstün
tutarlar.
Belə pis çıxmasın:
1 2 >
« Əvvəlki (5220 - 8032) Növbəti »
Yaradıldı: 26 Iyul 2016 Saat 09:11
Reytinq: 13
[ 1] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | KOBUD_CENAB | Burce Aid
Ana Sehife
Saytda: 21 & 158 Qaydalar
comp WEB Versiya