logo beyaz
Blog - QiyameT
Blog | KOBUD_CENAB | QiyameT
Qeyri-adi bir izdiham var
idi.Hər yer insanlarla dolu
idi.Kimisi çaşqın-çaşqın
ətrafına baxır,kimisi sağa-
sola qaçır,kimiləri yerdə diz
çökərək başını əllərinin
arasında gizləyirdilər.
Sanki,ürəyi yerindən
çıxacaqdı.Soyuq tər
basmışdı.Dünyada ikən
qiyamət,sorgu-sual və tərəzi
haqqında çox şey
eşitmişdi.Ancaq məhşər
meydanındakı
ürpərti,qorxunun bu qədər
dəhşət verəcəyini heç vaxt
düşünməmişdi.Hər kəs öz
növbəsini gözləyir və
növbəsi çatınca hesaba
çəkilmək üçün
çağrılırdı.Növbə ona gəlib
çatmışdı.Onun adını
çəkmişdilər.Təşviş içində
sağa-sola baxır.Dodaqları
titrəyə-titrəyə:
-Məni çağırdınız? — deyir.
İzdiham birdən
aralanır,qarşısında bir yol
açılır.İki nəfər qollarına
girir.Bunlar məşhər
meydanının xidmətçiləri
idi.İzdihamın arasından
çaşqın baxışlarla
keçir.Meydanın mərkəzinə
gəlirlər.Xidmətçilər yanından
uzaqlaşırlar.Başı önünə
əyilir...Bütün həyatı
gözlərinin önündən gəlib-
keçir.Öz-özünə:
— Şükürlər olsun,gözlərimi
dünyaya açdığım evdə hər
zaman dininə ən gözəl
şəkildə əməl etməyə çalışan
insanları gördüm.Atam
ibadətlərinə həddindən artıq
həssas yanaşır,dostları ilə
dini söhbətlər təşkil
edir,malını İslam yolunda
xərcləyirdi.Anam da onun
kimi.Mən də hər zaman onlar
kimi oldum.Bəşəriyyətə
xidmət etməyə
çalışdım,onlara Allahdan
danışdım.Namazımı
qıldım,orucumu tutdum.Fərz
olan nə varsa,yerinə
yetirdim,haramlardan uzaq
durdum....
Bunları düşünərkən
yanaqlarından göz yaşları
süzülürdü.Öz-özünə:
«Rəbbimi sevirəm,heç
olmasa,sevdiyimi
düşünürəm,» —
deyirdi.Amma bir tərəfdən
də: «Onun üçün nə
etsəm,yenə azdır,bu,mənim
cənnəti qazanmağıma kifayət
etməz.Yeganə ümidim
Allahın bağışlaması və
rəhmətidir,» — deyə
düşünürdü.
Hesab çox uzun
çəkdi.Qorxudan muncuq-
muncuq tər tökür,tir-tir
titreyirdi.Gözləri tərəzinin
millərində qalmışdı.Nəticənin
nə olacağını
gözləyirdi.Nəhayət,oradan
onu çıxardaraq əvvəl olduğu
yerə gətirirlər.Hökm
veriləcəkdi.Öncə adı
oxundu.Artıq ayaqlarının
üstündə dayana
bilmirdi.Gözlərini yumub
həyəcan içində hökmü
gözləyirdi.Birdən
məhşərdəki izdihamdan bir
uğultu qopdu.Qulaqları
səhvmi eşidirdi,nədir,Onun
adı «cəhənnəmliklər»
siyahısında
oxunmuşdu.Dizləri üstə
çökdü,yıxıldı. «Ola bilməz» —
deyə qışqırdı.Qalxıb sağa-
sola qaçmaga
başladı.Hıçqıraraq: «Mən
necə cəhənnəmlik ola
bilərəm?Həyatım boyunca
Allah yolunda qulluq edən
insanlarla bir yerdə
olmuşam.Onlarla bərabər
insanlarla Rəbbimi tanıtmağa
çalışmışam,» — deyirdi.
Göz yaşları titrəyən
vücudunu islatmışdı.Məşhər
xidmətçiləri qollarından
tutub izdihamı yararaq onu
alovları göylərə yüksələn
cəhənnəmə tərəf aparmağa
başladılar.
Xidmətçilərin qolları arasında
çırpınırdı.Bir qurtuluş yox
idimi?Bir yardım edən
olmayacaqdımı?
Dodaqlarından qırıq-qırıq
yalvarışla qarışıq kəlmələr
süzülməyə başladı:
«Oruclarım… Oxuduğum
Quranlar… Namazım… Heç
biri xilas etməyəcəkmi?»
Ağlaya-ağlaya
yalvarırdı.Alova
yaxınlaşmışdılar.Başını
geriyə çevirdi.Son çırpıntıları
idi.
Rəsulullah (s.ə.s.):«Birinizin
qapısının ağzından bir çay
axsa və o çayda gündə beş
dəfə yuyunsanız,üzərinizdə
heç kir qalarmı?Namazda
belədir.Allah onun sayəsində
bütün günahları silər,»-
buyurmamışdımı?
Son dəfə:«Namazlarım da mı
mənim dadıma
çatmayacaq?»-deyə düşündü
və «namazlarım....» deyə
hıçqırdı.
Xidmətçilər isə onu dibi
görünməyən cəhənnəm
çuxurunun başına
gətirdilər.Alovların istisi
üzünü yandırmağa
başlamışdı.
Sonuncu dəfə dönüb geriyə
baxdı.Artıq gözləri də
qurumuşdu.Ümidini tamam
itirmişdi.
Qollarını sıxan əllərin
boşaldığını hiss elədi.Qolları
yanına düşdü.Xidmətçilərdən
biri onu arxadan möhkəm bir
şəkildə itələdi.Ayaqları
yerdən üzüldü.Bədəni bir
anda uçurumun dibinə
yuvarlandı.Alovların içərisinə
doğru süretlə düşürdü.Bir
neçə metrə düşmüşdü ki,bir
əlin onun qolundan
tutduğunu hiss etdi.Başını
qaldırıb yuxarıya baxdı.Onu
xilas edən uzun və ağ saqqallı
nurani bir qoca idi.Qoca onu
yuxarıya doğru
qaldırdı.O,üst-başının tozunu
təmizlədikdən sonra soruşdu
-Siz kimsiniz?
-Mən sənin namazlarınam.
-Bəs məni xilas etməyə niyə
bu qədər gec gəldin?Lap son
anda çatdın.Az qalmışdı
alovların içinə düşəm.
Qoca acı-acı gülümsəyərək
başını yellədi:
-Sən məni həmişə axıra
saxlayırdın,xatırladınmı?!
Gözlərini açdığı zaman
yatağında idi.Qan-tər
basmışdı.Dərindən bir ah
çəkdi və "Əlhamdulillah,çox
şükür ki,yuxu imiş,"-
dedi.Sonra çöldən gələn səsə
qulaq asdı.Yatsı namazının
azanı oxunurdu.Ox kimi
yerindən sıçradı:dəstəmaz
alacaqdı...
« Əvvəlki (5302 - 8032) Növbəti »
Yaradıldı: 21 Iyun 2016 Saat 22:07
Reytinq: 5
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | KOBUD_CENAB | QiyameT
Ana Sehife
Saytda: 16 & 77 Qaydalar
comp WEB Versiya