logo beyaz
Blog - Şəxsən Şeytan Məşğul olur
Blog | KOBUD_CENAB | Şəxsən Şeytan Məşğul olur
Bir Ramazan günü Abdulqadir
Geylani Həzrətləri dostları bir
səhradan keçirdilər. Hava
olduqca isti idi. Tutduqları
orucdan ötəri aclıq onların
taqətini kəsmiş və onları halsız
salmışdı. Buna baxmayaraq,
yollarına davam edirdilər. Birdən
qarşılarında bir işıq meydana
gəldi və onlara belə səsləndi:
- Mən sizin Rəbbinizəm,
Ramazanda yemək-içmək sizə
haramdır. Amma indi sizə halal
etdim. Yeyin için.
Bu maraqlı vəziyyət qarşısında
həyəcanlanan bəzi insanlar
dərhal su qablarına və yeməyə əl
atdılar. Abdulqadir Geylani
həzrətləri dostlarını xəbərdar
etdi:
- Əsla oruclarınızı açmayın!
Sonra səsin gəldiyi tərəfə dönüb:
- "Əuzu billahi minə'ş-şeytani'r-
racim. Əuzu billahiminə şəri
zalika" qovulmuş şeytandan
Allaha sığınıram.
Bu sözləri deyən kimi işıq
qapqara olur! Şeytan özünü
bəzəkli göstərərək onları
aldatmağa cürət edir, amma
alınmır.
« Əvvəlki (5304 - 8032) Növbəti »
Yaradıldı: 21 Iyun 2016 Saat 22:01
Reytinq: 5
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | KOBUD_CENAB | Şəxsən Şeytan Məşğul olur
Ana Sehife
Saytda: 24 & 196 Qaydalar
comp WEB Versiya