logo beyaz
Blog - ZodiaK burcu
Blog | KOBUD_CENAB | ZodiaK burcu
Hər kəs çətinə düşəndə
himayəsində olduğu zodiak
işarəsinin xarakterinə uyğun
davranır.
Qoç bürcü
Qoçlar istənilən vəziyyətdən
şərəflə çıxmağa vərdiş edib. O,
çətinliklərin öhdəsindən müstəqil
şəkildə gələ bildiyi üçün özü ilə
fəxr edir. Bu bürc altında dünyaya
gələnlər həyat yolunda qarşılaşdığı
bütün maneələri səssiz-səmirsiz
aradan qaldırır.
Buğa bürcü
Buğa bürcündən olanların çiyinləri
hər çətinliyə tab gətirir! Bu işarə
altında dünyaya gələnlər
çətinlikləri dəf etməyi sevir.
Üstəlik, onlar uğurunun sirrini
başqaları ilə, hətta yad adamlarla
belə bölüşməyə hazırdır.
Əkizlər bürcü
Problemlərin öhdəsindən
təkbaşına gələ bilmir, çətinə
düşəm kimi başqalarından, xüsusilə
Qoç və Buğa bürcü altında olan
yaxınlarından yardım istəyirlər. Bu
yardımın qarşılığında isə həmişə
səxavətlə təşəkkür edirlər.
Xərçəng bürcü
Bu bürc altında dünyaya gələnlər
ağlayıb-sızlayaraq və ya əzab
çəkdiyini ətrafdakılara hiss
etdirərək başqalarının onlara
yardım etməsinə nail olur. Onlar öz
gücünə ancaq yanında dadına
çatacaq birinin olmadığını
anlayanda arxalanırlar.
Qız bürcü
Qızlar istənilən vəziyyətdən çıxmaq
bacarığı ilə fərqlənir. İstənilən
məsələləri həll edərək düzgün
qərar qəbul edir və bununla qürur
duyurlar.
Şir bürcü
Şir problemini həll edənə qədər
hamını bezdirib kömək istəyə bilər.
Problemi uğurla həll etdikdən
sonra isə bütün komplimentləri
böyük məmnuniyyətlə öz ünvanına
qəbul edir. Əsl xilaskar isə
yaddaşında ömürlük xoş xatirə
olaraq qalır.
Tərəzi bürcü
Tərəzi qədər problemdən qorxan
ikinci bürc yoxdur. Bu bürcün
problemlərdən tez dilxor olan
nümayəndələri çətin vəziyyəti bir
az da özləri qəlizləşdirir. Dara
düşəndə çox vaxt Qoç və ya Qızın
onlara kömək etməsini gözləyir,
lakin heç bir halda təslim olmurlar.
Əqrəb bürcü
Əqrəbi nə iləsə təəccübləndirmək
və ya incitmək çox çətindir.
Laqeydlik və əminlik bu bürc
altında doğulanlar üçün bütün
problem və bəlalara qarşı ən güclü
silahdır.
Oxatan bürcü
Oxatan bütün məsələləri yumorla
həll edir və bu, başqa bürcdən
olanların da xoşuna gəlir.
Oxatanlardan çox şey öyrənmək
olar.
Oğlaq bürcü
Oğlaqlar qarşılaşdığı problemlərə
dırnaqarası baxmır, əksinə çox ciddi
qəbul edirlər. Hər problemin
öhdəsindən özü gəlir, buna
baxmayaraq, əmin olmaq üçün
insanların təmənnasız dəstəyindən
yararlanmaq da istəyirlər.
Dolça bürcü
Dolça bürcündən olanlar bütün
həyati əhəmiyyət kəsb edən
qərarları görünməmiş ruh
yüksəkliyi ilə qəbul edir. Daha
sonra ağlı ilə öyünür, hamı da
onunla razılaşır.
Balıqlar bürcü
Problemlər Balıqlar bürcü altında
doğulanları yavaş-yavaş dəli edir.
Utancaq Balıq başqasından kömək
istəməyə çəkinir. Kiməsə əl
uzatmaq istəyirsinizsə, onu Balıq
bürcündən olanlar arasından seçin.
« Əvvəlki (5331 - 8032) Növbəti »
Yaradıldı: 20 Iyun 2016 Saat 12:09
Reytinq: 4
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | KOBUD_CENAB | ZodiaK burcu
Ana Sehife
Saytda: 13 & 107 Qaydalar
comp WEB Versiya