logo beyaz
Blog - oxu
Blog | | oxu
Yoruluq...Yaşamın bizə verdiyi yükü daşımağa gücümüz çatmır...
Bəlkə zamandan,bəlkə insanlardan,bəlkə gündəlik yaşam tərzimizdən...Amma ən bərbad yorğunluq insanın özündən bezməyidir.
.
Özünə aid olanlardan bezmək,aid olduqlarından bezmək ...Ağır gəlir insana...
Bunun əsas səbəblərini araşdırmadan sadəcə uzaqlaşmaq istəyirsən...Bu yəqinki ,hamımızda olub.Heç kəsin olmadığı bir yerə qaçmaq istəyirsən.Sanki bu kömək olacaqmış kimi,sanki bu nəyisə həll edəcəkmiş kimi ...Uzağa ..
.
Amma düşünmürük gedəcəyimiz yerdə də yenə "sən”olacaqsan...Orda da yenə o düşüncələr olacaq.O bezgin,o yorğun insan olacaq...Yenə o ürək olacaq döyünən..Hər döyüntüsündə ağrı verəcək..Amma indi bir döyüntü daha artacaq...Ağrı da artacaq...Daha tez-tez döyünəcək...Çünki o təklik daha böyük yük verəcək sənə...Çünki artıq soruşan olmayacaq
-Nə olub sənə?”..
.
-Heç sadəcə biraz yorğunam...”
İndisə fərz etki təksən... o sualın cavabını tam səmimi,vicdanlı və qərəzsiz verməlisən... yalansız...Çünki sən özün özünə cavab verəcəksən...Özün-özünə həm məhkum,həm şahid olacaqsan...
İnsan özündən qaça bilmir ...İnsan öz "mən”indən qaça bilmir...İnsan öz beyninin diqtəsindən qaça bilmir...İnsan hər döyüntü ilə bütün vücudunda dövr edən qanın yenidən qəlbindən keçib hələ üstəlik ətrafdan aldığı oksigenin yükü ilə də ağırlaşıb ikinci dəfə dövrünə dözə bilmir..
.
Bax onda bezirsən,yorulursan...Onda daha yaxşı anlayırsan ki, sən tək gəlmisən,tək gedəcəksən...
Tək doğulduğun kimi,tək də köçəcəksən...Amma boğulmamalısan!Mən insanam deməlisən!Yaşamalıyam!Tək gəlsəm də, mən dünyaya gəlmişəm!İnsanların olduğu dünyaya!Sənin kimi olan bir varlıqların var olduğu bir dünyaya! Mən tək deyiləm!!!Mən tək deyiləm!Mən tək qalmamalıyam !!!Çünki lazımam mənə aid olanlara və aid olduqlarıma!Mən qiyamət günü cavab verəcəm onlara yaşatdıqlarıma görə!!!Güclü olmalıyam!!!Güclüyəm....
Allahım heç kimə çəkə biləcəyindən artıq yük vermir..
« Əvvəlki (5353 - 8034) Növbəti »
Yaradıldı: 18 Iyun 2016 Saat 14:40
Reytinq: 8
[ 1] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | | oxu
Ana Sehife
Saytda: 28 & 294 Qaydalar
comp WEB Versiya