logo beyaz
Blog - Qadin Ureyi
Blog | седой | Qadin Ureyi
Necə rəhmlidir, necə amansız, Necə mehribandır qadın ürəyi! Sən onu sındırsan, bil ki, a qansız, Ağlayan kamandır qadın ürəyi. ...Güldürsən, ömürlük səadətindir, Söndürsən, yanmağı bir də çətindir. O, əsl qayğının, məhəbbətindir, Sevgisiz zindandır qadın ürəyi. Daşı da əridər, daş da olar o, Əriyib gözlərdə yaş da olar o. Bahar da olar o, qış da olar o, Damladır, ümmandır qadın ürəyi. Onunla dünyadır sənə qəfəs də, Onsuz heç yaşama bu torpaq üstə. Sevən bir ürəyə axır nəfəsdə Ən gözəl dərmandır qadın ürəyi. Onu alçaldan da, ucaldan da biz, Dərd verib, vədəsiz qocaldan da biz. Qədrini biləndə bu cahanda biz, Həmişə cavandır qadın ürəyi. Bəzən gül tək solar acı bir sözdən, Ağlayar xəlvəti, gülsə də üzdənE Bəzən uşaq kimi bir ürəksizdən Məhəbbət umandır qadın ürəyi. Bir namərd əlindən zəhər içəndə, Keçirər ömrünü o, yas içində. Bəzən ən qiymətli libas içində, Nalədir, fəğandır qadın ürəyi. Sənsiz əl çəkərəm arzudan, kamdan, Nə çıxar sevgisiz-sənsiz ilhamdan? İncitsən, dözərəm, Tofiq Bayramdan İncimə, amandır, qadın ürəyi!
« Əvvəlki (5425 - 8032) Növbəti »
Yaradıldı: 9 Iyun 2016 Saat 11:58
Reytinq: 15
[ 2] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | седой | Qadin Ureyi
Ana Sehife
Saytda: 17 & 124 Qaydalar
comp WEB Versiya