logo beyaz
Blog - rehmetdiy Punhan
Blog | седой | rehmetdiy Punhan
Hələ «jurnal»dı bu axırda kino olmalıdır,
Ya «Otello», ya da mütləq «Mimino» olmalıdır.
Tanımır it yiyəsin, mal pəyəsin, bel tiyəsin,
Qarışıb «on» «ona»ya axır «ono» olmalıdır.
Vəkilin bığları əlbəttə yağa batmalıdır,
Kasıbın tıxdığı ancaq «pşeno» olmalıdır. Elə ki, gəldi qiyamət, dönəcək çərxi-fələk,
Onda sizdə «Samokat», bizdə «Reno» olmalıdır.
Qarabağ getmiş hələ, hamı içib kef eləyir,
Qarabağ gəlsə bütün ölkə «vino» olmalıdır.
Nə mən o, həm nə o mən, həm nə sən o, həm nə o
sən, Onda o, indi də bu, sonda mən, o olmalıdır.
Milləti çimdirəsən, valla çox çirkə çıxar,
Bu qədər çirkə, bu yurd boyda qano olmalıdır.
Min oyundan çıxanın qaydadı ki, son oyunu,
Puça-puçnan qutaran bir domino olmalıdır.
İndi almır vecinə xəlq Baba Pünhanı, Amma bir gün o bu xalqın «vecino» olmalıdır.
« Əvvəlki (5443 - 8032) Növbəti »
Yaradıldı: 8 Iyun 2016 Saat 19:48
Reytinq: 2
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | седой | rehmetdiy Punhan
Ana Sehife
Saytda: 20 & 169 Qaydalar
comp WEB Versiya