logo beyaz
Blog - Qrizli
Blog | седой | Qrizli
Amerika qitəsindəki Qrizli ayıları həddindən çox
nəhəng və güclü olur. Onları 10 hindu belə nizə
və oxları ilə öldürə bilməzdi. Ayılar da gecələr
onların qamışdan tikilmiş evlərinə gəlir, qəbiləyə
hücum edir və qadınları uşaqları öldürürdülər.
Ingilis səyyahları onlardan soruşanda ki, bəs ayıları necə öldürürsüz? Hindular onları meşənin
içinə aparıb bir şey göstərmişdilər. Hündür
ağaclardan birindən uzun bir kəndirlə yekə bir
daş asılmışdı. Daşın ağırlığı 300-400 kilo olardı.
Böyründə də qan içində ölü bir ayı. Ingilislər çox
təəccüblənmişdilər. Bunu görən hindular onlara hər şeyi başa salmışdı.
“ Biz hündür bir budaqdan bu daşı asırıq. Daş
yerdən 1-2 metr yüksəkdə dayanmalıdır ki, ayının
ona əli çatsın. Daha sonra bu daşın kənarlarına bal
sürtürük. Ayı balı sevir və onun iyinə gəlir. Daşı
yalamağa başlayanda daş yellənir və yelləndikcə qayıdıb ayıya dəyir. Ayının burnu çox həssas
olur. Hər dəfə daş burnuna dəydikcə ayı əsəbləşir
və daşı daha da möhkəm itələyir. Daha möhkəm
itələdiyi daş daha uzağa gedib daha möhkəm
qayıdıb ayını vurur! Beləcə axmaq ayı ölənə kimi
bu daşı itələyir. Demək olar ki, özü – özünü öldürür. " Ayını öz inadkarlığı öldürür.
« Əvvəlki (5661 - 8033) Növbəti »
Yaradıldı: 9 May 2016 Saat 15:00
Reytinq: 6
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | седой | Qrizli
Ana Sehife
Saytda: 14 & 65 Qaydalar
comp WEB Versiya