logo beyaz
Blog - Mart soyqirimi seir
Blog | | Mart soyqirimi seir
Azərbaycanı sevin, sevin Azərbaycanı!
Bugün odlu sevgiyə Onun ehtiyacı var.
Sevin odum, ocağım, evim Azərbaycanı,
İndiki dərdlərinə eşqimiz əlac olar.
Azərbaycanı sevin, sevin Azərbaycanı,
Kürül-kürül odlanan evim Azərbaycanı!
Dünyada vallah belə talehsiz millət olmaz,
Nə qədər saxlayarlar girov Azərbaycanı !?
Bu qədər bölgü olmaz! Bu qədər sərhəd olmaz!
Bəs nə vaxt görəcəyik Bütöv Azərbaycanı??
Az imiş o təzədən, bölünür, parçalanır..
Təbriz dərdi üstünə Şuşa dərdi qalanır !!
Neçə yerə ayrılar, ya-İlahi bir bədən?!
Xırda bir məkan qalıb, O boyda bir ölkədən..
Tamam, bitər, tükənər, belə getsə amandır,
Axı o bir zamanlar nəhəng Azərbaycandı !
Zaman-zaman talayıb biçib Azərbaycanı,
Bizə miras qoydular kiçik Azərbaycanı.
O bizim hamımızın həyacanı, harayı.
Bir də axı kim yanar Ona bizdən savayı ?!
O bizim ruhumuzda, O bizim qanımızda.
Yalnız biz keçməliyik uğrunda canımızdan!
Can istəsə can verin, sevin Azərbaycanı!
Qan istəsə qan verin, sevin Azərbaycani
« Əvvəlki (5866 - 8031) Növbəti »
Yaradıldı: 31 Mart 2016 Saat 14:54
Reytinq: 13
[ 0] [ 0]
Şərhlər
1 2 >
Blog | | Mart soyqirimi seir
Ana Sehife
Saytda: 17 & 217 Qaydalar
comp WEB Versiya