logo beyaz
Blog - Sadece Qadın
Blog | | Sadece Qadın
Bu gün yorğunluğumu çıxartmaq
üçün günəşin batdığı yerə
getdim.Orda gördüklərim məni
valeh etdi.Sən demə günəşin
batdığı yerdə başqa insanlar
üçün həyat doğulur.Günəş heç
vaxt batmadığını anladım,sadəcə
o bütün insanları sevir.Sadəcə
insanları...
Və mən anlamadım yaşadığım
yer haradı, harda yaşayıram və
harda öləcəm.Mən tərk edildim
insanların arasında.Yoxsul
olduğumu anlayıb
qaçdım..Uzağlara qaçdım..
Mən oldum, yeyib-içib sevgisini
sərxoşluğa dəyişən insan.Mən
oldum qızımı "balam" deyib
çağırmağa utanan kəs...Çünki o
sözləri, Başqa yataqlarda, başqa
insanlar üçün həsr etmişdim..
Mən hisslərimi yaltaq qadınlara
dəyişdim.Mən örnək götürdüm
amma yerinə yetirmədim.Və
mən,mən adlandırdığım kəsə
boyun əymədim.İnsanların başını
siyasətə qatıb, sevgidən 1-2
mahnı yazdım....
Həyatın qazdığı çökəkliklərdən
keçirdim hər gün.Səhvlərimi
anlamaq üçün dua
etmədim,Tanrının sadəcə
oyunlarda köməyə çatdığına
inanırdım.Həyatda alçaqlıq
etdikçə, həyata qalib gəldiyimi
sanırdım.Əslində olan, həyat
məni oyunun içərisində özü
istiqamət verirdi.Bezdim,nifrət
etdim hər şeydən.Boşandım
nigah qurmadan evləndiyim
hisslərlə.
Ətrafa baxanda gördüm ki, hər
kəs sevgidən danışır, bundan
istifadə edib aldatdım uşaq kimi
aldanan qadınları. Sevginin
qaranlıq səhifəsini onlara
göstərib cənnət olduğunu
bildirdim həmin
kəslərə.Utandım... Sandım
ki,pulla bağışlanmaq üçün şansım
olacaq.Xarabalıqları,bir günlük
qadınları üstün tutdum evdə
məni gözləyən qadınımdan...
Bağışlama məni Allah! Çünki sən
əhv edənsən, səhv edənləri. Bu
dünyanın cənnətini məhv edən
kəsləri bağışlama
Allah.Bağışlama məni!
Mən şükür edən kəsləri
axmaq,özümü isə Tanrı sanırdım.
Mən dağıtmaq üçün birinci
hisslərimdən başladım.Mən bu
yaşıma kimi yoxsul qadınları
şəhzadə,varlıları Tanrının oğlu
hesab edirdim. Həyatın yalnız
kefdən ibarət olduğunu
düşünürdüm...
-Vəilkdəfə
Allahagözyaşı
iləyalvarıbməni
vəqızımı
bağışlamasını
xahişetdim. Nəyə
qadir olduğunu anladım. 8 yaşlı
qızımın ağzında ölümdən xilas
olması üçün borular
taxılmışdı..İlk dəfə qızımın
gözləri dolanda ağlamışdım.
Allaha yalvarırdım. Göz yaşı və
aciz yalvarışlar...Qızımın göz
yaşını çirkli dəsmalımla yox,
dodağımla gözlərindən öprərək
sildim....
Yalvarışlar,üsyan
vəbağışlanmaq
üçünmillionlarla
dua...
Qızımıın məni tərk etmədən
qabaq dediyi son cümləsi,məni
ağladaraq yedi bitirdi : "Ata,
bilsəydim mən xəstəxanaya
düşəndə yanıma gələssən,onda
hər gün xəstəxanaya düşərdim"
Və bu gün qızım yoxdur
yanımda.Mən mənə bəxş olunan
cənnəti görmədim yanımda və
mələklər onu apardı bu zibilə
qalmış ölkədən,bu zibilə qalmış
dünyadan...
- Və mən bu gün anladım, ölmək
üçün kəsici alətə ehtiyac
olmadığını. Tərk edildiyini anla
yetər.....!
« Əvvəlki (6131 - 8032) Növbəti »
Yaradıldı: 17 Fevral 2016 Saat 20:21
Reytinq: 5
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | | Sadece Qadın
Ana Sehife
Saytda: 8 & 152 Qaydalar
comp WEB Versiya