logo beyaz
Blog - Gulun Hekayesi
Blog | | Gulun Hekayesi
Qədim zamanlarda bir qəsəbədə bir
qız var idi. Bu qız o qədər gözəl idi ki,
onunla evlənmək üçün dünyanın hər
yerindən ən varlı, ən yaraşıqlı
adamlar gəlirdi. Ancaq qız heç kimi
bəyənmirdi. Bu qəsəbədə yaşayan
bir oğlan da bu qıza aşiq idi. Ancaq
qız ona da könül vermirdi. Aradan
illər keçdi. Oğlan başqa şəhərə getdi.
Orada ev – eşik qurub, yaşamağa
başladı. Bir gün yolu doğma
qəsəbəsindən düşdü. Orada tanış bir
adamla qarşılaşdı. Həmin qızı
soruşdu. Qız ailə qurmuşdu. Oğlan
qızla evlənən adamın kim olduğunu
öyrənmək istədi. Bir yerdə gizlənib
o, evdən çıxana qədər gözlədi. Ancaq
gördüklərinə inana bilmədi. Çünki
qarşısında kök və eybəcər bir adam
var idi. Üz – gözündən varlı adama da
oxşamırdı. Oğlanı maraq götürdü.
Gedib qızın qapısını döydü. Özünü
nişan verib, niyə belə bir adamla
evləndiyini soruşdu. Qız da: “Əgər
həyətimizdəki bağçadan ən gözəl
gülü dərib gətirsən, sənə cavab
verərəm, - dedi , - Ancaq bir şərtim
var. Gərək geri dönüb baxmayasan”.
Oğlan qızın dediyi kimi etdi. Əvvəlcə
qarşısına sarı bir gül çıxdı. Əyilib
dərmək istəyirdi ki, yaxınlıqda
qırmızı bir gül gördü. Ona tərəf
getmək isyəyirdi ki, ağ bir güllə
qarşılaşdı. Beləcə bağçanın axırına
çıxdı. Əlacsız qalıb oradakı güllərdən
birini dərdi. Qız oğlanın əlindəki
solmuş gülü görüb dedi: “Gördün?
Həyatda həmişə ən yaxşısını
tapmağa çalışırsan, vaxt keçir, sonra
da ən pisi ilə razılaşmalı olursan”..
« Əvvəlki (6157 - 8032) Növbəti »
Yaradıldı: 27 Yanvar 2016 Saat 10:12
Reytinq: 13
[ 1] [ 0]
Şərhlər
Blog | | Gulun Hekayesi
Ana Sehife
Saytda: 10 & 148 Qaydalar
comp WEB Versiya