logo beyaz
Blog - HEQIQET
Blog | _KaYiP_PrEnSeS_ | HEQIQET
Ona görə də Aşura gününün sonuncu vidasında bacısına buyurdu: «Ya uxtah, la tənsini fi nafilətil-ləyl». “Bacıcan, gecə namazında məni unutma”. Həmçinin imam Hüseyn (ə)-ın qızı Fatimədən belə nəql olunurdu ki, bibim Zeynəb Aşura gecəsi bütün gecəni ibadət mehrabında dayanıb, öz Allahı ilə münacat edərək onun dərgahından kömək diləyirdi: nə bizim göz yaşımız bir anlığa dayandı və nə naləmiz kəsildi. Bu cəhətdəndir ki, imam Səccad (ə) buyurur: Bibim Zeynəb Kərbəladan Şama qədər olan əziyyət və çətinliklərə baxmayaraq gecə nafilələrini qılır və bütün çətinliklərlə belə öz ibadətlərini unutmurdu. Zeynəbin qorxmazlığı, şücaəti, ürək qüvvəti və aramlığı həmin Allaha təvəkkülündən qaynaqlanırdı. Yezidin sarayındakı kəskin sözləri və o zəhərli fəzada “nəhy əz munkər” etməsi səfərin bütün mərhələlərində ismət və həyasını qoruyub saxlaması, hər yerdə öz vəzifəsinə əməl etməsi, hamısı bütünlüklə Zeynəb bəndəliyinin cilvələridir. Belə bir şəraitdə danışmaq böyük bir ruh və əzəmətli şücaət istəyir. Əli və Fatimənin qanı damarlarından axan Zeynəb belə bir şücaət və qorxmazlıqla zəmanənin ən böyük bütünə qarşı coşub, onun bütün üzdəniraq əzəmət və izzətini sındıraraq, Əhli-beytin məzlumiyyət fəryadını zaman durduqca yayır və yatmış vicdanları oyadır.
« Əvvəlki (6361 - 8033) Növbəti »
Yaradıldı: 28 Oktyabr 2015 Saat 09:56
Reytinq: 16
[ 2] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | _KaYiP_PrEnSeS_ | HEQIQET
Ana Sehife
Saytda: 22 & 84 Qaydalar
comp WEB Versiya