logo beyaz
Blog - Kolge..:((
Blog | | Kolge..(
Mən onu
sevirdim, canım yansa
da,
O məni sadəcə, dostu sansa da,
Günəştək başıma, hey dolansa
da,
Yanımda həsrətin, kölgəsi vardı...
Çünki,
Onun ürəyində, özgəsi vardı...
Gah onu qısqanıb, gah
inciyərdim,
Özümə ən aciz adam deyərdim,
Dilimdə guya ki çox istəyərdim,
Qəlbimdə sevirem kəlməsi vardı,
Çünki...
Onun ürəyində,özgəsi vardı...
O nə vaxt gülürdü, mən də
gülürdüm,
Sevinci bölürdüm, qəmi
bölürdüm,
Bu yolun sonunu, dəqiq bilirdim...
Hardasa ayrılıq döngəsi vardı...
Çünki,
Onun ürəyində, özgəsi vardı...
Mənə sevdiyindən, danışan o qız,
Bilmirdi sevirəm, mən onu yalnız,
Bir film kimiydi yaşadığımız,
Bu filmin sonuncu səhnəsi vardı...
Çünki,
Onun ürəyində, özgəsi vardı...
« Əvvəlki (7936 - 8032) Növbəti »
Yaradıldı: 8 Mart 2014 Saat 00:16
Reytinq: 18
[ 2] [ 0]
Şərhlər
Blog | | Kolge..(
Ana Sehife
Saytda: 20 & 164 Qaydalar
comp WEB Versiya