logo beyaz
Blog - maraqli
Blog | седой | maraqli
Bir vaXtlar, bütün duyğuların yaşadığı bir ada var
idi.
Xoşbəxtlik, Kədər, Qürur, Sevgi və başqa bütün
duyğular.
Bir gün, adanın batmaqda olduğu duyğulara
xəbər verilir. Bu xəbərdən sonra bütün duyğular adanı tərk
etmək üçün
hazırlaşır. Sevgi adada ən sona qalan duyğu olur,
çünki
mümkün olan ən son ana qədər gözləmək istəyir.
Ada batdığı zaman Sevgi kömək istəməyə qərar verir.
Zənginlik, çox böyük bir gəminin içində Sevginin
yanından
keçir. Sevgi
— Zənginlik, məni də yanına alarsanmı? deyə
soruşur. Zənginlik
— Xeyr, olmaz. Gəmimdə çoxlu qızıl və gümüş var,
sənin
üçün yer yoxdur. deyir.
Sevgi, çox gözəl bir yelkənli gəminin içindəki
Paxılı görüb kömək istəyir.
— Paxıl, nə olar mənə kömək et !
— Sənə kömək edə bilmərəm, Sevgi. İslaqsan və
yelkənləri
məhv edə bilərsən. deyə cavab verir.
Kədər yaxınlıqdan keçir və Sevgi kömək istəyir. — Kədər, səninlə gəlim ?
– Of, Sevgi o qədər kədərliyəm ki, tək qalmağa
ehtiyacım
var. deyə Kədər dillənir.
Xoşbəxtlik də Sevginin yanından keçir. O qədər
xoşbəxt olur ki, Sevginin səsini eşitmir.
Sevgi birdən bir səs eşidir.
— Gəl Sevgi! Səni yanımda apararam. Sevgi o
qədər
xoşbəxt olur ki, onu kömək edənin kimliyini
öyrənməyi unudur. Yeni bir adaya çatdıqlarında, Sevgi ona
kömək
edənə nə qədər borclu olduğunu anlayır. Digər
duyğulardan soruşur.
— Mənə kömək edən kim idi?
— O, Zaman idi. deyə cavab alır. – Zamanmı? Niyə mənə kömək etdi ki?” deyə
Sevgi
soruşur. Aldığı cavabsa çox sadə olur.
– Çünki yalnız Zaman Sevginin nə qədər böyük
olduğunu
anlaya bilər…...
« Əvvəlki (6714 - 8032) Növbəti »
Yaradıldı: 20 Aprel 2015 Saat 16:54
Reytinq: 19
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | седой | maraqli
Ana Sehife
Saytda: 25 & 74 Qaydalar
comp WEB Versiya