logo beyaz
Blog - Övlad sevgisi
Blog | Khamberoff | Övlad sevgisi
Peyğəmbər və imamların uşaqlar haqqında
dedikləri
"Övladını əzizləyərək öpən şəxsə böyük bir
savab yazılar. Övladını sevindirən şəxsə Allah-
Təala Qiyamət günü sevinc bəxş edər.
Valideynlərindən Quran öyrənən övladlar
Qiyamət günü ata-analarını çağırar və onlara
Cənnət əhlinə işıq saçan paltar geyindirirlər"
Məhəmməd Peyğəmbər (s.ə.s) buyurur:
"Qız övladını gözəl tərbiyə edib savadlandıran
şəxs Allahın nemətlərindən bəhrələnər və qız
övladının xatirinə bol nemətlər verər".
Məhəmməd Peyğəmbər (s.ə.s) buyurur:
"Təqvalı olun, uşaqlarınız arasında ədalətli
olun, onlarla ədalətlə rəftar edin".
Məhəmməd Peyğəmbər (s.ə.s) buyurur:
"Övladlarınızı bu üç xüsusiyyətlə tərbiyə edin:
Peyğəmbərinizi sevməyi, onun Əhli-beytini
sevməyi, Quran oxumağı".
İmam Sadiq (ə) buyurur:
"Uşaqlarınızı yeddi yaşına qədər sərbəst
buraxın, oynayıb şənlənsinlər.Yeddi yaşdan
sonra onlara Quran oxumağı öyrədin. Daha
sonra yeddi il onlara halal və haramı öyrədin
və bu şəraitdə tərbiyə edin".
İmam Əli (ə) buyurur:
"Övladlarınıza namaz öyrədin, yetkinlik yaşına
çatdıqda namaz qılmalarına ciddi yanaşın".
« Əvvəlki (6826 - 8032) Növbəti »
Yaradıldı: 20 Fevral 2015 Saat 16:04
Reytinq: 15
[ 2] [ 0]
Şərhlər
Blog | Khamberoff | Övlad sevgisi
Ana Sehife
Saytda: 23 & 104 Qaydalar
comp WEB Versiya