logo beyaz
Blog - Samin
Blog | Samin_R | Samin
Bir qadına baxdığınızda nə görürsünüz? Ana, dişi, bacı, haralı olduğu, saçının rəngi, makiyajı, dekoltesi, xoşbəxt baxışları yoxsa bunların hamısı? Birlikdə olduğumuz adamın davranışının altındakı gizli səbəbləri görə bilirikmi?
Əlaqələrdə tərəflərin bir-birlərini cinsiyyət xüsusiyyətlərinə görə tanıması da gözəl davam edən bir əlaqədə davranışların təməlini meydana gətirir. Evlilik və sağlam bir gələcək bir az "dözmək" demək olduğuna görə xoşbəxt əlaqənin əvəzi fərdi eqolardan imtina etməkdir. Yəni iki insan bərabər yaşamağa qərar veribsə, heç bir şey artıq gəldiyi kimi getməyəcək.
Əslində çox da səy göstərmək lazım deyil. Cavab yalnız daha diqqətlə baxmaqda gizlidir. Qadın qəzəbləndiyi zaman baxışlarından yağış yağır, hirsi külək kimi dolaşır üzünün ətrafında. Onun sahəsinə o anda girsəniz, siz də öz payınızı almış olarsınız. Davranışlarının altındakı gerçək səbəblər hər zaman görünəndə olanlar deyil, çox zaman gizli olanlardır. Məktəbdən evə gəldiyiniz zamanlarda ananızdan gördüyünüz pis rəftarın səbəbini düşünün. "İndi mən nə etdim?" deyə ağlınızdan keçirdiyiniz zaman ev ayaqqabılarının havada uçduğu o günlər. Əslində qəzəbinin sizinlə heç bir əlaqəsi yoxdur. Onu hirsləndirən ya atadır, ya işlərin yorğunluğu, ya da qonşular (Çox vaxt onların da bu vəziyyətdən xəbərləri olmur).
Qadın qəzəbinin altında "özünü ifadə edə bilməməsi" var. Onu hirsləndirən tək şey başa düşülməməkdir. Əlaqələrdə iki tərəf də "Mən haqlıyam" müzakirəsinə girdiyi zaman kimsə kimsənin səsini eşitməz və aralarındakı məsafə açılar, reklam xatirinə də səslər yüksəlir, dava başlayır. Əlaqədə qarşıdurmanın ortasında qalan bir uşaq kimi psixoloji olaraq zərər görər. Qədimlərdən hər kəsin eşitdiyi bir söz var "Bir tərəf danışanda digər tərəf susmalıdır." Bəlkə də keçmiş evliliklərin müvəffəqiyyət sirri elə bu idi. Amma bu günün əlaqələrində susmaq həmişə qarşı tərəfdən gözlənildiyi üçün eyni nəsihət artıq etibarlı deyil. Əlaqələrdə cinsiyyət dillərini yaxşı bilmək və bunun üçün səy görsətmək lazımdır. Cinsiyyət dillərini bilmək tərəflərin bir-birlərinə necə davranacaqlarını bilmələri deməkdir.
« Əvvəlki (7020 - 8033) Növbəti »
Yaradıldı: 10 Dekabr 2014 Saat 16:39
Reytinq: 9
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | Samin_R | Samin
Ana Sehife
Saytda: 23 & 125 Qaydalar
comp WEB Versiya