Nə istəyirəm bilirsən?
Hər hansısa bir küçədə gəzərkən, yanından keçən biri mənim ətrimdən
vurmuş olsun. Sən də o ətiri,-gözlərin dola dola xatırlayasan-Ci
yərlərinə çəkə çəkə əzab hiss edəsən.. Sonra səkiyə oturasan səssizcə,
saatlarla ağlayasan. Yalnızca məni xatırlayasan.
Başqa bir gün, aşiq olduğunu sandığın hər insanı qucaqlayanda
qarşındakının saçlarındaki qoxuyla mənim qoxumu müqayisə edərkən
özündən utanasan. İçindən; "Nə edirəm mən?" deyərkən heç cürə cavab
tapa bilməyəsən. Yolda gedərkən, səhvlərini görəsən.. məni görəsən...
Televiziyada təsadüfən adım çəkiləndə və ya hardasa adımı eşidəndə elə
darıxasan ki axtarıb soruşmaq gəlsin içindən, amma zəng edə
bilməyəsən. Zəng etməyə cəsarət tapmayacaq qədər, aşiq olasan mənə.
Hər hansısa bir qəzetdə bürc yazısına rast gəldiyində, mənim bürcümü də
oxumağa davam edəsən..Xüsusiyyətlərimi oxuduğunda onların məndə
olduğunu xatırlayıb itirdiyin üçün peşman olasan..
Günün sonunda, gecə yastığa başını qoyduğunda mənim sənə öyrətdiyim
kiçik sevincləri kimlərlə paylaşdığını xatırlayıb peşmanlıq çəkəsən..
Özündən nifrət edəsən, dostlarından.. sevgili olduğun hər insandan
nifrət edəsən.
"Məni sev" demirəm.
Amma sevdiyim mahnıları dinləyərkən,sinəndə döyünən ürəyin ağrısın, nə
olar?..
Bir az ağrısın,sızlasın..bir az...lap az.
Yaradıldı: 22 Noyabr 2014 Saat 13:58
Reytinq: 24
[ 2] [ 0]
Fire_dragon (27 Fevral 2024 Saat 16:31)
[_UzAX[H]LaS_], mende ele bildim acı istiotdandir.
Sen deme sogandan imis))))
[_UzAX[H]LaS_] (27 Fevral 2024 Saat 15:29)
Fire_dragon, hee bilirem içine biraz soqan doqramişam;))))
Fire_dragon (26 Fevral 2024 Saat 20:10)
Amma acı doludur
Fire_dragon (26 Fevral 2024 Saat 20:10)
Qargisa oxsadi ele bil))))
[_UzAX[H]LaS_] (22 Noyabr 2014 Saat 19:09)
Se_1_et_gelecem, ela gunun olsun
Zaur_Dayı (22 Noyabr 2014 Saat 13:59)
Ok.brat.eladi