logo beyaz
Blog - Haci Sahin Hesenli
Blog | EmPathy_ | Haci Sahin Hesenli
"Dərdin mənə gəlsin",-dedin,
Nə işin var, gəlməsin, qoy.
Üzə çıxsa, görən olar,
Qonum-qonşu bilməsin, qoy.
Bu dünyada tək yükümdür,
Çox görmə onu da mənə.
Gücün çatmaz, dağıdarsan,
Dərd etmə bunu da mənə.
Yox! Rəva bilmirəm sənə,
Qoy qəmim özümdə qalsın.
Cığır açıb ürəyimdən,
Süzülüb gözümdə qalsın...
Hacı Şahin Həsənli
« Əvvəlki (83 - 8033) Növbəti »
Yaradıldı: 6 Avqust 2023 Saat 15:49
Reytinq: 4
[ 1] [ 1]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | EmPathy_ | Haci Sahin Hesenli
Ana Sehife
Saytda: 17 & 73 Qaydalar
comp WEB Versiya