logo beyaz
Blog - Psixologya .
Blog | EmPathy_ | Psixologya .
Stress ilə mübarizə aparmağın 10 qaydası:
1.Düzgün nəfəs almağı bacarmalısınız.Düzgün nəfəs, ağır,dərin və səssiz olmalıdır.Nəfəsinizi verdikdə gərginliyiniz aradan qalxar və rahatlandığınızı hiss edərsiniz.Nəfəsi burundan alın,ağızdan verin.
2.Gündə 10-15 dəqiqə davamlı şəkildə fiziki hərəkətlə məşğul olmaq da stersdən azad olmağa kömək edir.
3.İdeal çəkinizi saxlayın,həddindən artıq yağ,şəkər və duzdan uzaq durun.Yeməklərinizi kiçik tikələrlə yavaş-yavaş və çeynəyərək yeyin.Çoxlu su için
4.Axşam eyni saatda yatıb,səhər eyni saatda durmağı vərdiş halına salın.
5.Yerinizə yatmaq üçün uzanın,sıxıntı,kədər,uğursuzluq və ya səhvləri çarpayınızda düşünüb həll etməyin.
6.Gün ərzində yaşadığınız gözəl anların bir neçəsini təkrar-təkrar xatırlayaraq,bu şəkildə yuxuya getməyə çalışın.
7.Öz-özünüzlə müsbət dialoqlar qurun.Sülhsevər və xoş niyyətli olun.
8.Hər hansı bir problem haqqında düşünürsünüzsə,həmin problemi hissələrə ayırıb həll yollarını axtarın.Yenə də uyğun bir variant tapmasanız ümidinizi itrməyin,mütləq bir çıxış yolu vardır-deyə düşünün.
9.Stresə səbəb olan halları içinizdə saxlamayın,dostlarınızla,yaxınlarınıza bölüşün.
10.Əsəbi halda ani qərar verməyin.Qərar verərkən soyuqqanlı olun.
Bütün bu qeyd edilənlərə əməl etməklə streslə mübarizə aparmaq mümkündür.Çalışın stresdən uzaq olasınız,çünki stres bir çox xəstəliklərin yaranmasında mühüm rol oynayır…
« Əvvəlki (154 - 8033) Növbəti »
Yaradıldı: 22 Aprel 2023 Saat 15:48
Reytinq: 8
[ 1] [ 0]
Şərhlər
Blog | EmPathy_ | Psixologya .
Ana Sehife
Saytda: 16 & 52 Qaydalar
comp WEB Versiya