Empátiya — özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissi. Empatiya, eyni zamanda başqa insanın emosional halını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətini ehtiva edir. Həmçinin, insanı görmədən onun emosional halını tam dəqiq hiss etmək qabiliyyətini nəzərdə tutur. Empatiyanın əksi aleksitimiyadır.
P. S. Düşünürəm ki, dünyada baş verən hər problemin kökündə empatiya hissinin olmaması dayanır. Bir insan digərinə hər hansı bir zülmü edərkən özünü onun yerinə qoymalı və ona eynilə bu zülmü etsəydilər nə hiss edərdi deyə düşünməlidir...
Yaradıldı: 30 Mart 2023 Saat 23:33
Reytinq: 7
[ 1] [ 0]
EmPathy_

(31 Mart 2023 Saat 00:52)
Tesekkür.
_Лезгин_Н_ (31 Mart 2023 Saat 00:48)
empatya :) tam deqiq sekilde izah eledin sennen yaxsi muellime olardi :)