logo beyaz
Blog - ....!
Blog | EmPathy_ | ....!
Neyi öyrəndim bilirsinizmi? Bərk-bərk tutunmaq əvəzinə buraxmağı. Məndən getmək istəyəni uğurlamağı. Yaxşı gəlmədiyim və mənə yaxşı gəlməyən hər nə varsa buraxmağı. Səssiz, sədasız, davasız, xaossuz buraxmağı və oradan eləcə uzaqlaşmağı. Başqalarının yolundan getmək yerinə öz yoluma baxmağı. Birilərini qazanmaq üçün özümü itirmək yerinə, başqalarını itirməyi və özümü qazanmağı. Zaman onsuz da göstərəcək qazananı və itirəni. Bərk-bərk tutduğum hər nə varsa buraxmaq, gücləndirir və yeniləyir həyatımı. İstədiyimiz, amma heç cürə alınmayan şeyləri inadla istəmək yaralayar. Getməyimiz lazım olan insanlarda qalmağa çalışmaq yaralayar. Dəyərsiz hiss etdiyimiz yerdə inadla dəyər görməyi gözləmək yaralayar. Həyatda reallaşmayacaq şeylər də vardır. İnsan bəzən reallaşmayacaq şeyləri qəbul etməlidir. Bəzi şeylərin üzərinə gedib bərk-bərk tutunmağa çalışmaq yerinə geri addım atmalı və yoluna baxmalıdır. Qısacası, bərk-bərk tutunmaq yerinə buraxılması lazım olan hər nə varsa buraxılmalıdır. Çünki, buraxmaq rahatladar və saflaşdırar...
« Əvvəlki (176 - 8033) Növbəti »
Yaradıldı: 30 Mart 2023 Saat 22:43
Reytinq: 5
[ 1] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | EmPathy_ | ....!
Ana Sehife
Saytda: 9 & 126 Qaydalar
comp WEB Versiya