logo beyaz
Blog - Seir
Blog | | Seir
Həyat calaq edib ömrümə dərdi,
Qəlbimdə cücərən sevgini dərdi,
Hər gələn sabaha min ümid verdi,
Qəfil ayrılıqla sınadı...
Dözdüm...
Dünya ədalətsiz,balaca və dar,
Hansı üz istəsən bu dünyada var,
Həyatdan soruşdum kimdir günahkar,
Özümü haqqsızca qınadı...
Dözdüm...
Gedən gedib artıq,inanma dönə,
Qəlbimi dindirmə,o çətin dinə,
Kim ki,ayrılıqdan bəhs etdi mənə,
Köhnə yaralarım qanadı...
Dözdüm...
Sevgi dəryasında sonadək üzdüm,
Sevən ürəyimi eşq üçün əzdim,
Dünyanı bu qədər zalım bilməzdim,
Dərdləri üzümə sanadı...
Dözdüm...
Ay Xəlil, dərdini yaz görə-görə,
Yaşadım yüz cürə üz görə-görə,
Itirdim sevgimi göz görə-görə,
Bilirdim, hər şeyin sonudu...
Dözdüm...
« Əvvəlki (7172 - 8031) Növbəti »
Yaradıldı: 30 Sentyabr 2014 Saat 23:00
Reytinq: 11
[ 3] [ 0]
Şərhlər
Blog | | Seir
Ana Sehife
Saytda: 22 & 206 Qaydalar
comp WEB Versiya