Necə izah eliyim mən bu dərin dəryanı Çünki yazmaqa qurtarmaz bu böyük mənanı Neçə dost ilə qohumla sürəsən dünyanı Ata yoxdursa demək boşdu bu dünya atasız Sevsə hər kim atanın saxlasa gel hörmətini Allah ol kəsdən uzaq saxlamaz öz rəhmətini Atanın qədrini bil vurma yerə zəhmətini Çox çətindir eləmək bir işi bərpa atasız Bir kəsinki ola var dövləti cahu-celalı Xalq arasında şanı,şöhrəti əqli-kamalı Ola qardaş bacısı dostları əhli-əyalı Yenə hiss eylər özün dəhridə tənha atasız