logo beyaz
Online SMS
Avatar Seher shehi
Bu ayrılıq min illərdi başlayıb,
Ürəyimdə yuva qurub, qışlayıb,
Həyatıma kotan çəkib, xışlayıb,
Qəm çəməni,dərd tarlası, gah şumam,
Mən bu eşqi yaşamağa məhkumam.
Eşqin alov, ağacınam, çırpınam,
Burum-burum tüstülənəm, çırpınam,
Qanadımı işığına çırpıram,
Əridikcə damcılayan bir şamam, -
Mən bu eşqi yaşamağa məhkumam.
Haqqım gedib, hesablarım görünmür,
Günah üzdə, savablarım görünmür,
Surətimdə əzablarım görünmür,
Ağuşunda sel kiriyən bir qumam, -
Mən bu eşqi yaşamağa məhkumam.
..
- Avatar Babacan (14 Avqust 2019 Saat 15:22)
- No Avatar mingecaur (14 Avqust 2019 Saat 15:15)
- Avatar Душа_Бандита (14 Avqust 2019 Saat 15:10)
- Avatar DoDaQ_GuLsEdE (14 Avqust 2019 Saat 15:08)
- Avatar Душа_Бандита (14 Avqust 2019 Saat 14:57)
- Avatar ^Talibova^ (14 Avqust 2019 Saat 14:55)
- Avatar Душа_Бандита (14 Avqust 2019 Saat 14:55)
- Avatar Z A U R B A K U (14 Avqust 2019 Saat 14:54)
- Avatar Moon_Light (14 Avqust 2019 Saat 14:54)
Online SMS
Ana Sehife
Saytda: 37 & 55 Qaydalar
comp WEB Versiya
MobTop.az