AsK_SeNSeN
(22 Oktyabr 2020 Saat 22:06)
Yaşamda en önemli şey kazançlarımızı kullanmak değildir. Bunu herkes yapar. Asıl önemli olan kayıplarımızdan kazanç sağlamamızdır. Bu zeka gerektirir; akıllı insanlarla aptal insanlar arasındaki fark budur.
AsK_SeNSeN
(21 Oktyabr 2020 Saat 10:18)
Şəhidlər ölməzdi bizim üçün!
“De”
Vətən bölünməzdi bizim üçün!
Day uje axırı çatıb ermənistanın.
Ordusu güclüdür Azərbaycanın!
Şəhidlərin yerdə qoymarığ qanın,
Bu dağ silinməzdi bizim üçün.
Şəhidlər ölməzdi bizim üçün!
“De”
Vətən bölünməzdi bizim üçün!
Kim ki vətəni anası qədər sevibsə,
Rəsulzadə əyər bu sözü deyibsə,
Üç rəngli bayraq necə yüksəlibsə,
Elə o cür enməzdi bizim üçün.
AsK_SeNSeN
(8 Yanvar 2020 Saat 22:57)
Sevgin ürəyimdə qərib düşübdür,
Yurdu talanıbdır yuvası uçub.
Gecələr sığınıb ümid payına
Dərin baxışında yuxu da susub.
Zaman çox yarama bil sığal çəkib,
Amma dərinlikdə nə çox qəm-kədər.
Nə çox iztirab var, nələr bilmirəm
Bəlkə ürək yatır bir ümman qədər.
Daha fikirlərim darma-dağındır,
Yolumun əvvəli başı görünmür.
Bəxtim daş içində sükut bağlayıb
Ayılan zamanı yaşı görünmür.
Özümü danlayıb günahkar deyə,
Elə hey kirpiklə od qaldırmışam.
Gözümü yollardan yığmışam daha
Özüm mən özümə dayaq olmuşam.