Hələ ki, blog yazısı yazmayıb...
``_KaLPSiZ_``
(15 Mart 2024 Saat 23:18)
Eşitdim demisən dözməz o,mənsiz..Gəzər küçə-küçə divanələr tək..keçirməz bir günü kədərsiz qəmsiz,, dağılıb məhv olar viranələr tək..
Daha ayrılıqla qorxutma məni.. gəlişin nə verdi,gedişin ala?.. öpüb qucaqlayıb son dəfə səni,, arxanca su atıb salaram yola..
``_KaLPSiZ_``
(5 Oktyabr 2023 Saat 20:05)
Gör necə sevənlər qoşa gəzirlər, amma biz əl verib əl tutuşmuruq. Dalğalar,sahillər qədər deyilik? Onlar qovuşurlar,biz qovuşmuruq..
``_KaLPSiZ_``
(4 Sentyabr 2023 Saat 01:15)
Nəyinə güvənib sevirəm dedin??
Sevənlər dözməyə qadir olurlar..
Canını alanlar, çox olur düzdür..
Canını verənlər nadir olurlar..
Niyə inandım ki sənə bu qədər??
Axı çox inanclar batil olurlar
Əzəldən belədir azad gəzirlər
Ruhları öldürüb qatil olanlar..
``_KaLPSiZ_``
(10 Iyun 2023 Saat 00:16)
Allahın yazdığı alın yazıdır..
Bəlkə xasiyyətcə biz uyuşmuruq?.
Bəlkə də, bizləri alın yazıyla..
Allah barışdırır biz barışmırıq..
``_KaLPSiZ_``
(10 May 2023 Saat 23:50)
Bir eşqi paylaşmaq üçün çox gec..
Bir paylaşıma aşiq olmaq üçünsə tez..
Məni sevda yerimdən vurdu yenə zaman..
İndi sənə söylənəcək tək cümlə,
Məndə sənə çatacaq qədər mən qalmadım..