RimaBilan
(7 Avqust 2017 Saat 13:14)
İstər qaynana ol, istərsə baldız,
İstər təzə gəlin, istərsə də qız,
İstər toplum yaşa, istərsə yalqız,
İtirmə özünü heç vaxt, amandır!
Unutma ən gözəl canlı insandır!
Bir gün oğulsansa, bir sabah ata,
Oğul, qız toyuyla sonra qaynata,
İşini elə tut çıxmasın xata,
Ən gözəl tənqidçi axı zamandır!
Unutma ən gözəl canlı insandır!
İnsanlıq ən gözəl sərvətdi, nurdu,
Onun da sərvəti incə şüurdu,
Pislik gözəlliyə böyük qüsurdu,
Şəhla da bilir ki, əmanət candır!
Unutma ən gözəl canlı insandır!