Hələ ki, blog yazısı yazmayıb...
❖❖EMILL❖❖
(27 Yanvar 2016 Saat 18:07)
Nə edim üz tutum qürbətə gedim?
Mən sənsiz vətəndə qərib kimiyəm
Mən səni sənəmi şikayət edim?
İcinə qurd düsən qəlib kimiyəm
Mən səni düsünən deyiləm daha
Özgənin gülünü qoxlamaq olmaz
Hisslərim hər dəfə batır günaha
Bu esqin yasını saxlamaq olmaz
Görəsən yadına məni salırsan?
Mən səni yadıma saldığım qədər
Adımı dilinə bir kəz alırsan?
Mən sənin adını aldığım qədər
Görəsən o indi yatıb yerində?
Sacları özgənin sinəsindədi
Düsməndə olmasın mənim yerimdə
Nəfəsi özgənin nəfəsindədi
❖❖EMILL❖❖
(27 Yanvar 2016 Saat 17:16)
Yasın 30 oldu ailə qurmadın
Tay tusun anadı sənsə subay qız
Qıran var qəlbini sən duyurmadın
Kim salıb qəlbinə belə qara iz?
Sən kimin qurbanı olmusan belə?
Dodağın gülümsər,gözün yas dolu
Sənin saf esqinə qurdular tələ
Bax belə nankordu sevginin yolu
İllərcə gözlədin sevirəm sözü
Qulağın duymadı bunu bir kərə
Ayrılıq adında alıb bir közü
Alovla adını yazdın hər yerə
Sən özün özünə düsmən kəsildin
Özün tək sevəni aradın durdun
Esqini qorudun, özün əzildin
Sonuncu gülləni özünə vurdun
Bax belə otuza qoydun yasını
Yenədə bu gecə təksən yataqda
Gizlincə axıdıb sən göz yasını,
Xəyallar qurursan tənha otaqda
Xosbəxt olub sevməy,nağıllardadı
Sevməyi bacaran xosbəxt olandı
Məhəbbət hissdə yox, ağıllardadı
Əsası qismətdi sevgi yalandı
❖❖EMILL❖❖
(27 Yanvar 2016 Saat 17:14)
Qəlbimi incitmə, dayan
Həyatımnan itmə, dayan
Belə səssiz getmə, dayan
Umidimi yıx, sonra get
Həyat gostərdi ozunu
Məndə gordum ic uzunu
Soylə artıq yox sozunu
Mənə soylə yox, sonra get
Danıs esqin yarasınnan
Vur qəlbimin parasınnan
Tellərinin arasınnan
Gozlərimə bax, sonra get
Buda esqin dərdi, səri
Talehimin yox xəbəri
Əlindəki o xəncəri
Urəyimə sox, sonra get
Mən uc noqtə sənsə nida
Sənin esqinə bir qida
Hec olmasa de əlvida
Əllərimi sıx, sonra get
Bu qəlbimin nə gunahı ?
Allaha qaldı pənahı
Belə getmək olmaz axı
Urəyimnən cıx,s onra get
❖❖EMILL❖❖
(25 Yanvar 2016 Saat 20:48)
Ömrünün ən böyük yalanın söylə
Gözümə baxaraq söylə sevirəm
Ömrünnən bir yalan mənə pay eylə
Onsuzda ömrünnən cıxıb gedirəm
Gedersen,kəsmərəm sənin yolunu
Qəlbimə qara das sıxıb gedirəm
Qarsımda son dəfə oyna rolunu
Onsuzda ömrünnən cıxıb gedirəm
Ağlatdın sən məni bulaglar kimi
İndi gözlərinnən axıb gedirəm
Yapısma əlimnən usaqlar kimi
Onsuzda ömrünnən cıxıb gedirəm
❖❖EMILL❖❖
(25 Yanvar 2016 Saat 19:40)
Yuxularını gəzirəm,
Yoluna güllər düzürəm
Məni oda at,dözərəm
Ürəyinnən atma gülüm
Sevib varmı xosbəxt olan?
Həsrətlərdən vüsal alan
Axı gözlər demir yalan
Mənə yalan satma gülüm
Bu esqimə catım,ölüm
Gözlərində batım,ölüm
Qollarında yatım,ölüm
Sən mənim tək yatma gülüm
Divarını əymə mənə
Demə bircə kəlmə mənə
Sevmirsənsə dəymə mənə
Yuxudan oyatma gülüm
Mən arxanca baxa-baxa
Ürək döndü qoca dağa
Basla mənə sər atmağa
Sevgimə sər atma gülüm
Sınan qəlblər daha gülməz
Gedən gedər geri dönməz
Sevən olər,sevgi ölməz
Sevgimi unutma gülüm
Taleh guya mənə güldü
Mən ağladım,yenə güldü
Ayrılığım sənə güldü
O gülü qurutma gülüm
Sevin indi mən gedirəm
Esq olmadı tən,gedirəm
Alınamdı mən gedirəm
Əllərimnən tutma gülüm
Əsdi ayrılıq küləyin
Esqim olamdı gərəyin
Ağla, bosalsın ürəyin
Qəhərini udma gülüm