AsK_SeNSeN
(24 Noyabr 2019 Saat 22:20)
Sanma taqətsizəm halı yox məni , Min gözəl icində secmişəm səni, At başdan ürəydən kədəri qəmi , Mən sənin gözünə aşiq olmuşam ... Kəpəzdən enmərəm hec zaman yerə, Düşmüşəm məcnuntək ağızdan dilə, Dilə nə istərsən məndən sən dilə , Mən sənin sözünə aşiq olmuşam ... Qarğı mərəyidə bizə bəs edər , Ağlına pis fikir gətirmə yeter , Gözlər gözlərinin keşiyin cəkər, Mən sənin üzünə aşiq olmuşam ... Ləblərin baldanda şirindi şirin , Gəl səni qoynuma alım gəzdirim, Qadanı aldığım deyimki bilin , Mən sənin könlünə aşiq olmuşam ... Səndən xatirədir hər ötən hər an , Səni sevdiyimi qoy bilsin cahan , Bir gün var, bir gün yox dünyada insan, Mən sənin əhdinə aşiq olmuşam .... Sən mənim nəyimə aşiq olmusan , Sorub sən Senana gendə durmusan , gər bu sözlərlə harda rastlaşsan, Mən sənin özünə aşiq olmuşam ...