Mutlu^Umutlu
(22 May 2017 Saat 20:28) Mən həyatam,sinəsində sevgi yükü daşıyan Mən damlayam ,heç sönməyən bir eşqin göz yaşıyam Mən alovam,bircə naləm dağı-daşı yandırar Mən zərrəyəm,qığılcımım külü alovlandırar Mən çiçəyəm,yarpaqları hələ şehli yuxulu Mən çəmənəm,bir çəmən ki,ancaq lalə qoxulu Mən səmayam,gecə-gündüz buludlar müsafirim Mən dənizəm,fırtınayla süslənmışdir sahilim Mən küləyəm,burulğanı ürəklərdə dolaşan Mən ulduzam,könüllərdə izlər qoyub sayrışan Mən ürəyəm,bir ürək ki, ahı daşlar yandırar Mən duyğuyam,kövrəkliyim nifrəti də sındırar Mən sevgiyəm,gözü nəmli,baxışları kədərli Mən nifrətəm heç sınmayan bir qürurun əsiri Mən zamanam,qoy xoşbəxtlik taleyimi izləsin Mən insanam dəyərimi tanıyanlar söyləsin...
Mutlu^Umutlu
(21 May 2017 Saat 13:01) Dedim: dünya sənin dəyərin nədir ? Dedi: sevənlərim qədrimi bilir. Dedim: dünya sənin məqsədin nədir ? Dedi: canı məndə yananlar bilir. Dedim: dünya səndə qalan varmıdır ? Dedi: qalmaq üçün yaranmadım mən. Dedim: dünya heç sevdiyin varmıdır ? Dedi: zalımların öz yarıyam mən. Dedim: dünya sənin neçə yaşın var ? Dedi: ölənlərin sayı qədərdir. Dedim: dünya səndə niyə ölüm var ? Dedi: əcəl mənin öz əllərimdir. Dedim: dünya sənə yalan deyirlər, Dedi: yalan mənim xasiyyətimdir. Dedim: dünya sənə nifrət edirlər, Dedi: sevənlərim mənim bəsimdir. Dedim: dünya sən də dağılacaqsan, Dedi: bir ölümsüz yaradanımdır. Dedim: dünya bir gün toz olacaqsan, Dedi: cücərməyə toxumum vardır. Dedim: dünya məni tanıyırsanmı ? Dedi: məndən küsüb, şeir yazırsan. Dedim: dünya ölsəm ağlayarsanmı ? Dedi: daş qəlbliyəm, sən nə sanırsan.
Mutlu^Umutlu
(8 May 2017 Saat 16:48) Acı söz demeden evvel, lal olanları düşün..Yemeyin dadından gileylenmeden evvel, yemek tapa bilmeyenleri düşün.. Yoldaşından narazı olmadan evvel, her gün Allahdan sevgi dileyen tenhaları düşün..Heyatdan şikayet etmeden evvel, heyatdan erken köçenleri düşün.. Uşaqlarından narazı olmadan evvel, çox isteselerde uşaq sahibi ola bilmeyenleri düşün..Evdeki tör-töküntüden gileylenmeden evvel, küçede yaşayanları düşün..Gedeceyiniz uzun yoldan narazı olmadan evvel, o yolu piyada gedenleri düşün.. Yorulub, işinden şikayetlenmeden evvel, senin yerinde olmaq isteyen, işsizleri, şikestleri düşün..Kimise müzakire etmeden evvel, her kesin günahı olduğunu düşün..
Mutlu^Umutlu
(2 May 2017 Saat 15:04) Adam tanıyıram gülərüz, sadə, Adam tanıyıram yaşayır zadə. Adam tanıyıram o bu dünyadə Yaşayır, insandı, insanlığı yox. / Adam tanıyıram baxsan utanır, Adam tanıyıram arsız dolanır. Adam tanıyıram mənliyin satır, Bir qara qəpiklik qanacağı yox. / Adam tanıyıram imanı kalan, Adam tanıyıram xəyalı talan. Adam tanıyıram eşşəyə palan, Mərifət, nəzakət anacagı yox. / Adam tanıyıram ona inanma, Adam tanıyıram heç adam sanma, Adam tanıyıram, məni qınama, Adam sırasında olacağı yox. / Adam tanıyıram əməli saleh, Adam tanıyıram olursan valeh. Adam tanıyıram, demirəm ki, eh, Dünyada bir izi qalacağı yox.
Mutlu^Umutlu
(3 Aprel 2017 Saat 08:24) Axsam agcaqanad qanımı icirdi istedim vuram dedi: el saxla, Meni niye oldurmek istiyirsen?! Dedim qanımı icirsen ona gore. Dedi bu dunyada o qeder qanicenler var ,onlar dura-dura meni niye oldurursen, mene gucunuz catir ama onlara yox ona gore?! Utandım dedim bagıwda Davam ele