Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun,
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun!
Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halını soruş, könlümü dindir;
Axşamlar yadıma düşür səhərim.
Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm evə,
Düz öz qaydasınca küçələri sən. 28 Noyabr 2023 Saat 01:30
5 5 lövhəsi (752)
Hələ ki, blog yazısı yazmayıb...
sevgi [0](28 İyun Saat:
05:33)
Stop_No_Love
(5 Mart 2017 Saat 21:06)
Yaser_tenha, statusundaki seiri kime yazmisan?
Stop_No_Love
(5 Mart 2017 Saat 21:02)
Yaser_tenha, statindaki weiri kime yazmisan?
Yaser_tenha
(1 Mart 2017 Saat 00:48)
Heç vaxt yoxluğunla barışmır ürək
O küsüb qismətə, bəxtə taleyə
Sənsiz yarım qaldı min arzu dilək
Hələdə qəlbimdə yerin görünür
Gözümdə gözünün izləri qalır
Ovcumda əlinin,istisi qalır
Ürəyim sinəmdə,od tutub yanır
Hələdə qəlbimdə yerin görünür
Sənsiz darıxmışam tənhayam yaman
Elə bil keçməyir durubdu zaman
Həsrət aman vermir mənə bircə an
Hələdə qəlbimdə yerin görünür
Yaser_tenha
(1 Mart 2017 Saat 00:45)
Sənsiz bir dünyanın yoxdu mənası
Yoxdur həyatımın,zərrə də dadı
Yaşamaq istəyim get gedə sönür
Hələdə qəlbimdə yerin görünür
Günüm xəyallara dalmaqla keçir
Xəyalın gözümdə tutqun görünür
Surətin kədərə, qəmə bürünür
Hələdə qəlbimdə yerin görünür
Könlüm qəm doludur,ürəyim hicran
Xəyalın çəkilmir gözümdən bir an
Qalmışam sevgilim səndən nigaran
Hələdə qəlbimdə yerin görünür
Qəlbdə eşq odunun izləri qalıb
Nakam məhəbbətin külləri qalıb
Sevgi baxçamızda,saralıb solub
Hələdə qəlbimdə yerin görünür
Yaser_tenha
(28 Fevral 2017 Saat 22:32)
Ata övladına nəsihət verib,
Dedi ki, yadında gəl saxla oğlum.
Hər kəlməm qızıldı, ləldi qanana,
Sən də gəl qulaq as, maraqla oğlum.
Oğurluq gül əksən xam yerdə bitməz,
Yaxşılıq eləsən heç zaman itməz.
Şərəfsiz insanın ləkəsi getməz,
Nə qədər istəsən yumaqla oğlum.
Atalar fəxr edər oğulla, qızla,
Qaranlıq gecələr ayla , ulduzla.
Süfrən dada gələr çörəylə, duzla,
Gəl onu bəzəmə araqla oqlum.
Zaman yetişsə də, qocalsan da sən.
Özündən zəifdən bac alsan da sən.
Nə qədər varlanıb ucalsan da sən,
Hərdən keçmişini varaqla oğlum.
Qoy axsın bal kimi sözlər dilindən
Torpaqlar su içsin sənin əlindən ,
Bir elmin sahibi olmaq üçün sən,
Yuz qapı dolan - gəz, soraqla oğlum
Həyatda hər kəsin olur nöqsanı,
Bəs onu gözündə görənlər hanı ?!
Bir daha Ədalət kimi insanı,
Axtarsan tapmazsan çıraqla oqlum.