Nə deyim ki, utanıb girək yerin dibinə,
Nə deyim ki, dirildək dillərimizi,
Nə deyim ki, bu milləti düşmən bürüsün birdəfəlik gedək cəhənnəmin dibinə.
Birdəfəlik elə yumaq gözlərimizi yanan körpələrə, yalan bizlərə.
O xalçanın boyu boyuna yaraşıb Zəhra.
Heçnəyim yoxdur hədiyyə edəm sənə,
Getmə, gözlə, gör nə tapdım,
Cibimdə biraz nəfəs,
O da cibim qədər.
Ay Allah, niyə belə dadır bu qaranlıq,
Ya sənin işığın qaradır,
Ya hər kəsi kor yaratdın?
0
Sən və 2 nəfərŞərh yazılmayıb