Nədən utanırsan? Qüsurlarından? Digərlərindən daha fərqli hiss etdirən qüsur dediklərindən? Boyunun balaca olmasından,dişlərinə görə gülüşünü gizlətdiyin təbəssümündənmi?Burnunun çəpərinin əyrisindənmi?Çox arıq olmağındanmı,yoxsa kök olmağındanmı?Ucuz paltarlarından,ayaqqabındanmı?Balacalaşmış,dar olan köynəyindənmi?
Nədən,kimdən utanırsan? Kurtkanın cırıq olduğunu görən,amma qarşında bahalı paltosunun qiymətindən danışan insandanmı? Səmimiyyətsiz insanlardan uzaq qaç.Həyatında yeniliklər etməyə çalış. Məsələn...
Qorxularına bu gün qalib gəl. Hündürlükdən qorxduğun halda, hündürlüyə çıxıb səmanı daha yaxından seyr et. Sağlamlığına zərər vurmayan nə varsa etməyə çalış. Əsəbləşmək əvəzinə daha çox səbrli ol. Musiqilərini silmək əvəzinə,playlistinə yeni mahnılar əlavə et. Kitabları yandırmaq əvəzinə, gündə iki üç səhifəsini vərəqlə. Heyvanları qovalamaq yerinə,evinə alıb sahiblən.Avtobusla,qatarla getmək əvəzinə,bu səfər ayaqla get həmin yolu.Daha çox yorul,amma gəzməkdən zövq al.Ağacları sındırmaq əvəzinə,yeni bir ağac sən ək.Səs-küy salan uşaqlardan yorulmaq əvəzinə,sən də uşaqlığına qayıdıb onlarla birlikdə səs-küy sal. Ətrafının çoxlu insanlardan əhatə olunması yerinə, bu səfər yalnız olmağının dadını çıxar. Daha çox konfet,şirniyyat ye. Qışda dondurma al ye. Evə girib gizlənmək əvəzinə soyuq havada,yağış altında islan. Qara dərili insanlarla dostluq et,onları lağa qoyma. Edə biləcəyin yüzlərlə şey varkən həyatdan sıxıldım əsla demə. Dadını çıxar sadəcə.
0
Sən və 4 nəfərŞərh yazılmayıb