İlahi, sən özün bilirsən məni,
Özüm öz ömrümü kəsə bilirəm.
Darıxa bilirəm özümdən yana,
Özüm özümdən də küsə bilirəm.
Yorub haldan salmır savşlar məni,
Savaşda doğuldum barışçı oldum.
Sən məni oyunu qatandan sonra,
Öyrəndim, ən yaxşı yarışçı oldum.
İndi başım dikdi, içim dağınıq,
Üstümdən nə boran, çovğunlar əsdi.
Demirəm kimsədən sən qoru məni,
Məni məndən qoru, bu mənə bəsdi.
İndi ən çox səndən uzq düşmüşəm.
İndi bu dünyada yaxınım yoxdu.
Məni beynimdəki düşüncələrdən,
Başqa məhv edənim, yıxanım yoxdu.
Məndən bir parçada yaratdın, heyif,
Ondan əzizi yox, tapşırım hara?!
Geri qaytarmaram, geri düşərəm.
İndi çıx dünyada Allahı ara..
0
Sən və 3 nəfərŞərh yazılmayıb