Mövzu: Banan əsasən tropik bölgələrdə bitir. Banan hələ kal olanda yığılır və daşınma zamanı yetişir. Bananın vətəni Hindistandır, məhz buradan dünyanın bütün tropik zonalarına yayılıb. Bu meyvə VII yüzillikdən insana ”xidmət edir” Banan tingəsini Cənubi Amerika qitəsinə XVI yüzillikdə ispan keşişi Tomas de Berlanka gətirib. Ekzotik meyvə şəraitə uyğunlaşdı və əhalinin xoşuna gəldi. Əgər banan bizim üçün ekzotik meyvədirsə, onlar üçün çörək, kartof və hətta əti də əvəz edən ucuz, kalorili qidadır.
Biz ağ, yumşaq və dadlı özəyi, sarı qabığı olan banana adət etmişik. Amma onun həm də çəhrayı, qırmızımtıl, bənövşəyi və qara qabıqlıları da varmış. Bu növlər çox zərifdir və daşınmaya davam gətirmir. Meyvənin ölçüləri də müxtəlifdir və nisbətən kiçikölçülü olan ”cırtdan” banan çox dadlı sayılır.
Bananın 300-ə yaxın növü olsa da, istehlak baxımından iki növə ayrılır: şirin və nişastalı. Birinci çiy halda yeyilir, yetərincə bərk olan ikincisi isə tamına görə kartofu xatırladır. O, qızardılır, pörtlədidir, balıq və ət xörəklərində istifadə edilir. Bir çox ölkələrdə banan yarpağından boşqab kimi istifadə olunur.
Hipertoniklər gündə 1-2 ədəd banan yeməklə təzyiqlərini 10% endirə və bununla da insult riskini azalda bilərlər....
_Cimcime_ (25 May 2017 Saat 21:29)
Mövzu müəllifiHmm biLiyim var yeterince...Şükür Allaha meslehetiniz ücün twk )
GoRuNmEz (25 May 2017 Saat 21:24)
Mende maraqlı melumatlar yazmışam ora ,, biliyivi artır..
_Cimcime_ (25 May 2017 Saat 21:23)
Mövzu müəllifiGoRuNmEz, no problem girerem vallah mən ondan bundan göturmurem maraqlı melumatlar yerine girib ordan melumat topliram geleceyime yönelik işimdi bu..Buna görem.
GoRuNmEz (25 May 2017 Saat 21:22)
Onda zehmet olmasa Forumda Ordan Burdan bölmesine gir ve Elm ve Texnologiyaya bax)) Baxmayada bilersen))
_Cimcime_ (25 May 2017 Saat 21:21)
Mövzu müəllifiGoRuNmEz,
töbə bismillah mən sizi görmemişem burda hele bugün görem GoRuNmEz (25 May 2017 Saat 21:19)
Bu maraqlı melumat teması menden oğurluq deyil?? ))