logo beyaz
Forum - İdare olunan addimlar
İqtisadiyyat ve Siyaset | İdare olunan addimlar
Mövzu: KOMİTET 300 - DÜNYA HÖKÜMƏTİNİN SİRLƏRİ (XXXVI yazı)
"Tavistok İnsan Münasibətləri İnstitutu" tərəfindən yaradılan nəhəng, hər yerə sirayət edən dəhşətli sosial psixiatriya aparatı və onun geniş filiallar şəbəkəsi yalnız bir orqanın idarəsi altındadır və 1992-ci ilin astanasında da həmin orqan öz nəzarətini həyata keçirməkdə davam edir. Bu, sui-qəsdçilər ierarxiyası olan vahid orqan KOMİTET 300 adlanır. Bu, hakimiyyəti olan struktur və hakimiyyət mərkəzidir. Onun hakimiyyəti ayrıca götürülmüş istənilən dünya liderinin və ya hökümətinin, o cümlədən də ABŞ hökümətinin və onun prezidentlərinin hakimiyyətindən üstündür – mərhum Con F. Kennedi buna əmin oldu. Kennedinin öldürülməsi Komitet 300-ün aksiyası idi və biz buna hələ qayıdacağıq...
14-04-2011
Yazının XXXV hissəsinə keçid

Komitet 300 – bu, sıralarına İngiltərə Kraliçasının, Niderland Kraliçasının, Danimarka kraliçasının və Avropanın kral ailələrinin daxil olduqları və toxunulmaz rəhbər sinfin nümayəndələrindən ibarət olan tamamilə gizlin cəmiyyətdir. Venesiya Qara Qvelflərin matriarxı Kraliça Viktoriyanın vəfatından sonra, bu aristokratlar bütün dünya üzərində hakimiyyət əldə etmək üçün “aristokratiyanın nümayəndələri qeyri-aristokrat, lakin korporativ biznesin çox güclü liderləri ilə bütün dünya miqyasında “paya” girməli” olduqlarını qərara aldılar. Buna görə də tam hakimiyyətin qapıları, İngiltərə kraliçasının “sadə təbəə” adlandırmağa üstünlük verdiyi kəslər üçün açılmış oldu.
Kəşfiyyatda iş təcrübəmə əsasən bilirəm ki, xarici dövlətlərin başçıları bu, hər şeyə qadir qrupu “Maqlar” adlandırır. Stalin onlar üçün özünə münasib ad fikirləşmişdi: “Qara Qüvvələr”. “Sarayayaxın yəhudi” (“hofjuden” - court Jew) dərəcəsindən yüksəyə heç vaxt qalxa bilməyən prezident Eyzenxauer isə bu qüvvələri tamamilə saya almırdı və onları “Hərbi-sənaye kompleksi” adlandırırdı. Stalin SSRİ-də adi və nüvə silahlarının çox yüksək səviyyədə olmasına çalışırdı, çünki “Ailə” adlandırdığı qüvvəyə etibar etmirdi.
Mövzuda mesaj yoxdur
* Forum | Ümumdünya | İqtisadiyyat ve Siyaset
Ana Sehife
Saytda: 20 & 67 Qaydalar
comp WEB Versiya
MobTop.az