logo beyaz
Müzakirə üçün mövzu
Forum - Çox marağlı.../
Sevgi dünyası | Çox marağlı.../
Mövzu: Çox qədim zamanlarda bir varlı oğlan yaşayırdı.Günlərin bir günü bu oğlan bir gənc qıza aşiq olur.Bir az keçəndən sonra oglan qıza evlənmək təklifini edir.Lakin qızın bir qüsuru var idi : Onun bir əli şikəst idi.Buna göre qızcığaz oğlandan utanırdı ve gecə-gündüz Allaha ona şəfa verməsini dua edirdi.Mərhəmətlilərin ən mərhəmətlisi olan Allah da onun dualarını qəbul edir ve möcüzə baş verir.Qızın şikəst əli sağalır.Qız sevincək halda oğlana razılığını bildirir ve onlar evlənirlər.Bir gün cavan cütlük mehribancasına evlərində nahar edirdilər.Bu zaman evin qapısina bir dilənçi yaxınlaşır və ev yiyəsindən ona yardım etmələrini yalvarır.Bunu eşidən kimi,qız iki dilim çörəyi götürüb dilənçiyə vermək istəyir.Lakin əri ona bunu etməye icazə vermir.Qız fikirləşir ki,əri xəsislik edir ve buna görə gözləri yaşla dolur.Elə bu an əri ona belə deyir:
-İki dilim çörək çox azdır,ona bir qab dolu yemək ver.
Qız sevincək yeməyi dilənçiyə verəndə təccübündən donub qalır.Çünki həmin şəxs onun birinci əri idi.Bu insan vaxtilə çox varlı,adlı şanlı adam idi,lakin o qədər xəsis idi ki,sonda dilənçilik etmək məcburiyyətində qalır.Qız yeməyi verib bikef halda oturur və həyat yoldaşına öz acı hekayəsini danişır : Birinci ərim çox xəsis idi.Bir gün evdə tək idim,bir dilənçi gəldi,mən də ona bir toyuq verdim,içinədə qiymətli üzüyümü qoydum.Ərim evə qayıdanda bundan xəbər tutdu və qəzəblənərək məndən boşandı,hələ üstəlik,şəhərdən qovub əlimi kəsdi.Bütün buna heyrətlə qulaq asan oğlan dözməyib ağlayır.Qız bunun səbəbini soruşanda oğlan belə deyir : Üzüyünü verdiyin dilənçi mən idim.Və məhz bu üzük vasitəsiylə mən varlandım...!
* Forum | Ordan-Burdan | Sevgi dünyası
Ana Sehife
Saytda: 9 & 174 Qaydalar
comp WEB Versiya