logo beyaz
Forum - sənsiz ölən də....
Sevgi dünyası | sənsiz ölən də....
Mövzu: Görəsən bir gün,için parçalanıb,yuxudan durub köksündə bir ağrı ilə,mənim üçün darıxıb,hara gedəcəyini bilməyib,əynini tez bazar geyinib çıxacaqsan mı çölə sən də?
Qaçıb küçə-küçə,dalan-dalan,həryerə baxıb,görüş yerlərimizə gəlib,yağışa qarışmış gözyaşını silə-silə soruşacaqsanmı məni tanımadığın adamlardan?
Dərdinin əlindən tutub,həsrətini qucaqlayıb,içindəki ağrını basdırmaqçün dişlərini sıxıb,gözlərin axtaracaqmı məni?
Sonra hərşeydən yorulub,yağışlı küçədə heç kim olmayan biryerdə,bir skamyada oturub,dizlərinə bükülüb hönkür-hönkür ağlayacaqsanmı mənimçün?
Peşmanlığına yenilib,vicdanının ayaqları altında əzilib,donan əllərinə baxıb,əllərimi xatırlayacaqsanmı?
Köynəyinin yaxasını qoxlayıb,gözlərini yumub az da olsa ətrimi duyasan deyə,Allaha yalvaracaqsanmı sən də?
Boynunu qucaqlamaq üçün,saçlarını daramaq üçün,sənlə birgə yaşamaq üçün,sənlə gülüb,ağlamaq üçün,gölə dönmüş gözlərinin qadasını almaq üçün,gözlərimi açdım hər səhər mən də.
Sənsiz yaşayan da mən oldum,sənsiz ölən də..
Mövzuda mesaj yoxdur
* Forum | Ordan-Burdan | Sevgi dünyası
Ana Sehife
Saytda: 25 & 66 Qaydalar
comp WEB Versiya